Manu qanunları
From Wikipedia, the free encyclopedia
Manu qanunları və ya Manusmriti (sanskr. मनुस्मृति, e.ə. II – eramızın II əsrləri )— qədim hind ədəbiyyatının abidəsi və tarixi mənbəyidir.[1] Manu mifologiyada hinduların və insan irqinin atası hesab edilən kraldır. Əsərdə Manudan "öz- özündən var olanın oğlu" deyə bəhs edilməkdədir. Bu qanunlarda pislənilən, qadağan olunmuş əməllərdən, onlara görə nəzərdə tutulan cəzalardan bəhs olunur. Qanunvericiliyin əsasını təşkil edən dharmaşastralarda mülki və cinayət qanunvericiliyinin müddəaları ilə yanaşı müxtəlif varna üzvlərinin vəzifələrinə, ailə həyatının normalarına, ibadət və hətta sanitar-gigiyenik qaydalara və s. rast gəlinir.
Manu qanunları Avropa dillərindən tərcümə edilən ilk sanskrit dilli əsərdir. Əsər ilk dəfə 1794-cü ildə Kəlküttədə müasir hindologiyanın banisi Vilyam Cons tərəfindən tərcümə edilmişdir. Daha sonra Consun tərcüməsi 1797-ci ildə alman dilinə də çevrilmiş və nəşr edilmişdir. Manusmritinin Maks Müller tərəfindən hazırlanan "Şərqin müqəddəs kitabları" kolleksiyasına daxil edilməsi avropalı şərqşünasların əsərə verdiyi önəmi göz önünə qoymuşdur. Şərq hüququ üzrə professor Con Dunkan Deret deyir:
![]() |
"Manu qanunları dünyadakı ilk qanunnamələrdən biridir və Hamurappi qanunlarından daha dəyərlidir." | ![]() |