Marağa xanlığı
Güneydən Ərdalan ,şərqdən Miyana, quzeydən Təbriz xanlığı, qərbdan Urmiya gölü ilə həmsərhəd Azərbaycanın güney xanlığı / From Wikipedia, the free encyclopedia
Marağa xanlığı — şərqdən Miyana, şimaldan Təbriz xanlığı, qərbdən Urmiya gölü, cənubdan Ərdalan xanlığı ilə həmsərhəd Azərbaycanın cənub xanlığı.
Xanlıq | |
Marağa xanlığı | |
---|---|
|
|
|
|
Paytaxt | Marağa |
Ən böyük şəhər | Marağa |
Rəsmi dilləri |
Azərbaycan dili, fars dili |
Dövlət dini | İslam (Şiəlik) |
İdarəetmə forması | mütləq monarxiya |
Sülalə | Müqəddəm eli |
Xan | |
• | Əliqulu xan Müqəddəm |
• | Hacı Əliməhəmməd xan Müqəddəm |
• (1763–1797) | Əhməd xan Müqəddəm |
• 1797–1811 | Cəfərqulu xan Müqəddəm |
Vikianbarda əlaqəli mediafayllar |
Marağa vilayəti I Şah Abbasın hakimiyyəti dövrundə Azərbaycanın məşhur ellərindən biri Cavanşir tayfasının Müqəddim adlı qoluna mənsub idi.[3] Həmin vilayətin ərazisi səfəvi dövlətinə hərtərəfli qulluq göstərən müqəddim Mir ağa xan Soltanın soyurqalına verilmişdir.[4] Bu dövrdən etibarən Mir Ağa xan Soltanın nəsli növbə ilə Marağa vilayətində hakim olmuşlar. XVIII əsrin 20-ci illərində (1724-cü ildən sonra) Azərbaycanın bir sıra vilayətləri, ocümlədən Marağa Osmanlı qoşunlarının işğalına məruz qaldığı bir dövrdə həmin yerlər osmanlı Teymur paşanın hökmranlığı[5] altında idi. Nadir Qulu xan Azərbaycana qoçun çəkdiyi ərəfədə baş Vəkil[qeyd 1] Həsən Əli olmaqla müqəddim tayfası üsyan qaldırıb Nadir şahın köməyi ilə Marağanı türklərdən azad etdi.
Nadir Qulu xan Marağaya gəldikdən sonra tayfa başçısı (iri feodal) Əbdürrəzaq Müqəddəmi vilayətə hakim (1730) təyin etdi.[6] Lakin az sonra o, Nadir Qulu xanın xəyanətindən ehtiyat edərək ailəsi ilə Bağdada qaçdl.[7] Marağa vilayətinin idarəsi Həsənəli bəy Vəkilə (1737) tapşırıldı.[8] Həsənəli bəy Vəkilin vəfatından (1744) sonra onun yerini Nadir şahın rəsmi fərmanı əsasında oğlu Əliqulu xan Müqədddim tutdu. Nadir şahın ölümündən sonra Əliqulu xan Müqəddim hər cür asılılığa son qoyaraq Marağanı müstəqil xanlıq, özünü də hakim elan etdi.