Marek Hamşik
Slovakiyalı futbolçu / From Wikipedia, the free encyclopedia
Marek Hamşik (27 iyul 1987[3][4][…], Banska Bistritsa[5]) — Hücumameylli yarımmüdafiəçi mövqeyində oynayan slovakiyalı peşəkar futbolçu. Napoli futbol komandasının kapitanı və Slovakiya milli futbol komandasının vitse kapitanıdır.
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Marek Hamşik | ||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | (36 yaş) | |||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Banská Bystrica, Çexoslovakiya | |||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1,83 m[1] | |||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 79 kq[2] | |||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumameylli yarımmüdafiəçi, Mərkəz yarımmüdafiəçisi | |||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||
Klub | Napoli FK | |||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 17 | |||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerasına 2004-cü ildə Slovan Bratislavada başladıqdan 1 il sonra İtaliyanın Breşiya komandasına keçmişdir. 2007-ci ildə A Seriyasına təzəcə qayıdan Napoliyə transfer edilmiş və orada start heyət oyunçusuna çevrilmişdir. Onun enerjisi, liderlik, yaradıcılıq qabiliyyətləri və yarımmüdafidən qol vəziyyəti yaratma təsəvvürü komandaya iki İtaliya kuboku, bir İtaliya Superkuboku, UEFA Çempionlar Liqasına vəsiqə və 2014-15-ci il UEFA Avropa Liqasının yarımfinalına vəsiqə qazandırmasında rol oynamışdır. Milli komandada o, Slovakiyanı 2010-cu il Dünya Çempionatında təmsil etmiş və komandası qrup mərhələsinin son matçında sabiq çempion İtaliyanı məğlub edərək səkkizdə bir finala vəsiqə qazanmışdır. 2016-cı il Avropa Çempionatında da Hamşik əsas heyətdə yer almışdır.
Çıxışlarına görə, Hamşik həmçinin bir çox fərdi mükafatın da qalibi olmuşdur. O, beş dəfə Slovakiyanın ən yaxşı futbolçusu seçilmiş və 2008-ci ildə A Seriyasının Ən Yaxşı Gənc Futbolbolçusu mükafatını qazanmışdır. 2011-ci ildə A Seriyasında İlin komandasının tərkibində, həmçinin 2015-ci ildə Avroliqada mövsümün komandasında yer almışdır. 2013-cü ildə Hamşik Bloomberg tərəfindən Avropada ən yaxşı səkkizinci futbolçu seçilmişdir[6].