McDonnell Douglas MD-11
From Wikipedia, the free encyclopedia
McDonnell Douglas MD-11 Amerikan istehsalı, üç мühərrikli, orta-uzun məsafələr üçün nəzərdə tutulmuş geniş gövdəli sərnişin təyyarəsi. DC-10 -dan təkmilləşdirilmişdir. Qanad sxemindəki dəyişikliklər, mühərrikin gücləndirilməsi, tamamilə rəqəmsal pilot kabinəsi strukturu onu DC-10 fərqləndirən bəzi xüsusiyyətləridir.
McDonnell Douglas MD-11 | |
---|---|
Tipi | Aerobus |
İstehsalçı | McDonnell Douglas, Boeing |
İlk uçuş | 10 yanvar 1990 |
İstismara verilmə tarixi | 20 dekabr 1990 |
İstismarçılar | |
Buraxılış sayı | 200 |
Baza modeli | McDonnell Douglas DC-10 |
Vikianbarda əlaqəli mediafayllar |
MD-11 təkmilləşdirmə proqramı 1986-cı ildə başlanılıb. 1976 -cı ildə DC-10 üçün edilən iki dəyişiklik planı buna başlanğıc etmişdir. Bu planda təyyarənin bütün boyu uzadılaraq sərnişin tutumlu artırılmalı idi. 30 dekabr 1986-cı ilə çatdıqda plana uyğyn olaraq təyyarənin 52-si dəqiq 40-ı isə sonradan təhvil verilməsi üzrə 92 sifariş hazır idi. Bular sərnişin, yük və qarışıq kimi üç variantda istehsal olunacaq təyyarə idi.
İlk uçuş 10 yanvar 1990-cı ildə keçirilib. 7 dekabr 1990-cı ilin ilk təyyarə Finnair'e təslim edilmişdir. Lakin uzun uçuşlardaki yanacaq məsələləri səbəbi ilə ləğv edilən sifarişlər şirkəti çətin vəziyyətə saldı və strukturunun dəyişməsinə məcbur olundu.
1997-ci ildə Boeing ilə birləşmə sonrası təyyarənin yük məqsədli istehsalına davam ediləcəyi elan olundu. Lakin 1998 -ci ildə tələb qıtlığı səbəbindən istehsalın başa çatacağı elan olundu. Son iki istehsalı 2000-ci ildə tamamlandı. MD-11 o dövürdəki rəqibləri Boeing 777 , və Airbus A330/A340 -ın gerisində qalmışdı. Bundan əlavə, bu iki motorlu təyyarələrə görə üç mühərrikli təyyarənin texniki xidmət maliyyəti daha yüksək idi.