Afrika ensizburun timsahı (lat. Crocodylus niloticus) — əsl timsahlar sinfinin nümayəndələrindən biri. Afrikada yayılmış timsahların dörd növündən biri. Son tədqiqat məlumatları nəticəsində DNT göstəricilərinə görə ayrı bir Mecistops cinsinə ayrılır[3].

Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Afrika ensizburun timsahı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Afrika ensizburun timsahı
Beynəlxalq elmi adı
Bağla

Görünüşü

Afrika ensizburun timsahı adını Orinoko timsahına bənzər ensiz burun sayəsində almışdır. Ölçüləri ümumiyyətlə 2,5 m-dən çox olmur, bəzən uzunluğu 4 m-ə qədər olan fərdlərə də rast gəlinir. Boyunun arxasındakı qoruyucu sümük lövhələri 3–4 cərgədə boyunca uzanır və bu növü iki cərgəyə sahib olan Crocodylus cinsinin nümayəndələrindən fərqləndirir. Bu xüsusiyyətinə görə bu növə zirehli timsah (alm. Panzerkrokodil) də deyilir. Afrika ensizburun timsahın xallı dərisi onu əsl timsahlardan daha çox alliqatorlara və ya qaviallara bənzədir.

Həyat tərzi

Bu heyvanların həyat tərzi az öyrənilmişdir. Demək olar ki, bütün tətqiqatlar Kot-d'İvuar ərazisindəki populyasiya üzərində aparılmışdır. Əsasən balıq və su onurğasızları ilə qidalanırlar. Daha böyük fərdlər böyük timsahlara xas olan daha böyük şikarları ovlaya bilirlər. Ümumiyyətlə tənha bir həyat tərzi sürürlər, ancaq cütləşmə mövsümündə çox böyük qruplarda toplaşa bilirlər.

Yağış mövsümünün başlaması ilə dişilər suyun yaxınlığındakı bitkilərdən yuva qurur. Bu da yumurtadan çıxan balaların ona çatmalarını təmin edir. Yuva qurulduqdan bir həftə sonra, 13–27 (orta hesabla 16) olmaqla böyük yumurta qoyulur. İnkubasiya müddəti 110 günü keçə bilir. Balalara qulluq olduqca nadirdir, lakin sağ qalan balaların nisbəti olduqca yüksəkdir, bu da yumurtaların böyük ölçüsü və uzun inkubasiya dövrü ilə əlaqələndirilir

Populyasiya

Afrika ensizburun timsahı yalnız su sürünəndir. Qərbi Afrikanın şirin su tutarlarında, həmçinin Kamerun sahillərində və Bioko adasında duzlu suda yaşayır. Bəzi ərazilərdə arealı Kütburunlu timsah, səhra timsahıNil timsahı ilə kəsişir.

Ümumi sayı dəqiq bilinmir. Sayları təqribən 50.000 baş olduğu təxmin edilir. Ən böyük populyasiyası Konqo Respublikasındadır. ToqoQabonda son dərəcə nadirdir. Nəzarətsiz ovçuluq və yaşayış yerlərinin daralması ilə sayı getdikcə azalır. Qoruma tədbirləri hazırlanır, lakin Qərbi Afrikanın bir çox ölkələrində əhalinin zəif bilikləri və siyasi qeyri-sabitlik səbəbindən onların tətbiqi çətinləşir.

Digər

frika ensizburun timsahının təsviri, Qambiya Respublikasının 1 dalasi sikkəsində var.

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.