Michael (albom)
From Wikipedia, the free encyclopedia
Michael – Maykl Cekson ölümündən sonra yayımlanmış ilk studiya albomu.[1][2][3][4][5] Albom 14 dekabr 2010-cu ildə Epic Records tərəfindən ABŞ – da satışa çıxarılmışdır.[6] Albomda Maykl Cekson Akon, 50 Cent, Lenny Kravitz və Dave Grohl ilə duetləri də daxil edilmişdir.[7]
Michael | ||||
---|---|---|---|---|
| ||||
Yayımlanma tarixi | 10 dekabr, 2010 | |||
Yazılma tarixi | 1998 – 2010 | |||
Janr | R&B, müasir R&B[d], pop musiqisi, soul, rok | |||
Müddət | 2.533 san. | |||
Dil | ingilis dili | |||
Leybl | Epic | |||
Prodüser | Maykl Cekson və başqaları | |||
Maykl Cekson albomlarının xronologiyası | ||||
|
Albodan çıxarılmış ilk sinql olan "Hold My Hand" mahnısı 15 noyabr 2010-cu ildə dinləyicilərə təqdim edilmişdir.[8][9] Mahnının klipi isə Mark Pellingtonun rejissorluğu ilə çəkilərək 9 dekabr 2010-cu ildə geniş ictimayətə təqdim edilmişdir.[10] Cümə günü, 10 dekabr 2010-cu ildə küçə elan tablolarında "Michael" albomunun üz qabığı sərgilənməyə başlandı. Həmin üz qabığı İngiltərədə hazırlanmış və ən böyük albom üz qabığı kimi Ginnesin rekordlar kitabına düşmüşdür.[11]
"Michael" 2010-cu ilin n çox satılan albomu olmuşdur. Albom 31 ölkədə üç milyon nüsxəylə satıldıqdan sonra beynəlxalq albom hit paradında birinci yerdə debüt etmişdir. Albom aralarında ABŞ, BK, Almaniya, Fransa və İtaliya kimi ölkələrin də olduğu 14 ölkədə platinium dərəcəsi ilə sertifikatlaşdırılmışdır.