Mixael Şulte (alm. Michael Schulte; d. 30 aprel 1990, Ekernförde, Almaniya) — Almaniya müğənnisi və bəstəkarı. O, öz musiqi karyerasına 2008-ci ildə, Youtube kanalında yerləşdirdiyi videolar ilə başlamışdır. Daha sonra ifaçı Almaniyanın The Voice səs yarışmasında iştirak etmiş və üçüncü yerə layiq görülmüşdür. Onun Wide Awake adlı debüt albomu 2012-ci ildə işıq üzü görmüşdür. Şulte ifa etdiyi "You Let Me Walk Alone" mahnısı ilə Almaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Mixael Şulte
alm. Michael Schulte
Thumb
Mixael Şulte 2018
Ümumi məlumatlar
Doğum tarixi (34 yaş)
Doğum yeri Ekernförde, Almaniya
Vətəndaşlığı  Almaniya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 2008–h.h.
Janr
Musiqi alətləri vokal, gitara
Albom şirkəti Edel AG
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Mixael Şulte 30 aprel 1990-ci ildə Almaniyanın Dollerup şəhərində anadan olmuşdur. O Danimarka məktəbində təhsilini başa vurmuş və sonra Almaniyada hərbi xidmətə yollanmışdır.[1][2]

Musiqi karyerası

2012–2016: The Voice of Germany

Mixael Şulte öz musiqi karyerasına 2008-ci ildə, Youtube kanalında yerləşdirdiyi videolar ilə başlamışdır. Videolarda Şulte beynəlxalq ifaçıların mahnılarını səsləndirmişdir.

2011-ci ildə Şulte Almaniyanın The Voice səs yarışmasına qatılmışdır. İfaçı dinləmələrdə Adelin "Set Fire to the Rain" mahnısı ilə çıxış etmiş və Rea Qarvinin komandasında yer alaraq, növbəti mərhələyə yüksələ bilmişdir. Yüksək səviyyəli perfomansları sayəsində Şulte yarışmanın finalına vəsiqə qazanmış və nəticədə üçüncü yerə layiq görülmüşdür. Yarışmanın ardınca o Almaniyanın Edel AG albom şirkəti anlaşma əldə etmişdir. Şultenin Wide Awake adlı debüt albomu 2012-ci ilin sentyabr ayında işıq üzü görmüşdür.

2017-hal-hazırda: 2018 Avroviziya Mahnı Müsabiqəsi

2017-ci ilin sonlarında Mixael Şultenin "You Let Me Walk Alone" mahnısı ilə Almaniyanın NDR telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir. Fevral ayının 22-də baş tutan yarışmada Şulte səsvermədə rəqiblərini məğlub edərək, qalib gəlmiş və "You Let Me Walk Alone" mahnısı ilə Almaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdır.[3][4]

Almaniya Böyük Beşlik ölkələrindən biri olduğu üçün Şulte 12 may tarixində keçirilən Avroviziya finalından mübarizəyə qoşulmuşdur. Nəticədə ifaçı 26 ölkə təmsilçisinin yarışdığı final şousunda ifaçı 340 xal toplayaraq, 4-cü yerdə qərarlaşmışdır. Bu Almaniyanın Avroviziyada 2010-cu ildən bəri əldə etdiyi ən yüksək göstərici olmuşdur.

Diskoqrafiya

Albomlar

Əlavə məlumat Albom adı, İl ...
Albom adı İl
All the Waves 2011
Berlin Sessions
Wide Awake 2012
My Christmas Classics 2013
The Arising 2014
Hold the Rhythm 2017
Bağla

Sinqllar

Əlavə məlumat Mahnı adı, İl ...
Mahnı adı İl
"Soul Traveller" 2010
"She" 2011
"Tears"
"Good Times"
"Carry Me Home" 2012
"Jump Before We Fall"
"You Said You'd Grow Old with Me"
"Rock and Scissors" 2014
"The Maze"
"Money on Me" 2016
"End of My Days" 2017
"Falling Apart"
"You Let Me Walk Alone" 2018
Bağla

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.