Mixay Çiksentmixayi
From Wikipedia, the free encyclopedia
Mixay Çiksentmixayi (ing. Mihaly Csikszentmihalyi [ˈmiːhaɪ ˌtʃiːksɛntməˈhaɪ.iː]; 29 sentyabr 1934[1][2], Riyeka[3] – 20 oktyabr 2021[4], Klermont[d], Kaliforniya[5]) — macar əsilli amerikalı psixoloq, psixologiya üzrə professor, Çikaqo Universitetində keçmiş fakültə dekanı. Xoşbəxtlik, yaradıcılıq və subyektiv rifahla bağlı araşdırmaları ilə məşhurdur, lakin ən çox bir neçə onilliklər ərzində öyrəndiyi “axın” ideyası ilə tanınır. Çiksentmixayi bir çox bestsellerlərin, jurnallar və kitablar üçün 120-dən çox məqalənin müəllifidir, onların bir çoxu müxtəlif dillərə tərcümə edilmişdir. O, psixologiya və bizneslə bağlı bir neçə sahədə dövrümüzün ən çox istinad edilən psixoloqlarından biri hesab olunur.
Cəld faktlar Doğum adı, Doğum tarixi ...
Mixay Çiksentmixayi | |
---|---|
ing. Mihaly Csikszentmihalyi | |
Doğum adı | Csíkszentmihályi Mihály Robert |
Doğum tarixi | 29 sentyabr 1934(1934-09-29)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr 2021(2021-10-20)[4] (87 yaşında) |
Vəfat yeri |
|
Elm sahələri | psixologiya |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla