Moxave (səhra)
From Wikipedia, the free encyclopedia
Moxave (isp. Mojave yerli Moxave tayfasının adı ilə) — Amerika Birləşmiş Ştatlarının cənub-qərbində səhra. Cənubi Kaliforniyanın böyük hissəsini tutur. Yuta ştatının cənub-qərbində, Nevada ştatının cənubunda və Arizona ştatının şimal-qərbində yerləşir.
Moxave | |
---|---|
isp. Mojave | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 35000 km² |
Temperatur | |
• Yanvarda orta | 0 °C |
• İyulda orta | 50 °C |
• İllik yağıntı | 150 mm |
Yerləşməsi | |
35°0,50′ şm. e. 115°28,50′ q. u. | |
Ölkə | ABŞ |
Regionlar | |
Vikianbarda əlaqəli mediafayllar |
Səhranın sahəsi 35 000 km²-dən yuxarıdır. Səhra şimal-şərqdə Texaçapi dağ massivi ilə (ing. Tehachapi Mountains), cənubda isə San-Qabriyela və San-Bernardino dağ silsilələri ilə məhdudlaşmışdır. Dağların sərhədləri kifayət qədər aydın seçilir, çünki bu dağlar iki böyük geoloji sınma ilə ayırılmışdır: San-Andreas və Qarlok. Böyük Hövzənin axını olmayan sahəsi səhranın şimalıboyu, cənubda daha isti Sonora səhrası istiqamətində uzanır. Əsas bitkisi ağacaoxşar Yucca brevifolia palmasıdır. Səhrada 1 750 bitkinin 2 000-ə qədər müxtəlif növlərinə rast gəlmək olar.