From Wikipedia, the free encyclopedia
Məhəmmədvəli mirzə Əbdülhüseyn mirzə oğlu Fərmanfərma (1891 və ya 1890, Təbriz – 1983 və ya 1988, Tehran)—Qacar şahzadəsi, İranın ictimai-siyasi xadimi.
Əbdülhüseyn mirzə Fərmanfərmanın üçüncü oğlu Məhəmmədvəli mirzə 1891-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Beyrutda Amerika Universitetini bitirmişdi. Atasının mülklərini idarə edirdi. Məhəmmədvəli mirzə 1916-cı ildən 1917-ci ilədək Təbrizdə maliyyə idarəsində çalışmışdı.
Atası ona tapşırmışdı ki, mülklərini qorumaq üçün məclisdə (parlamentdə) iştirak etsin. O, 4-cü, 5-ci, 6-cı çağırışda məclisə deputat seçilmişdi. 1917-ci ildən 1931-ci ilədək məclisədə vəkil kimi Sərabı təmsil etmişdi. 13-cü, 14-cü çağırışda, 1941-ci ildən 1947-ci ilədək Təbrizin nümayəndəsi kimi məclisdə əyləşmişdi.
Məhəmmədvəli mirzə 1945-ci ildən 1946-cı ilədək Müstəqil Azərbaycan Respublikasının Maliyyə Idarəsinə başçılıq etmişdi. 1946-cı ildə Təbliğat naziri təyin edilmişdi. Məhəmmədvəli mirzə bir ara Əşrəfə xidmət etmişdi.
Məhəmmədvəli mirzə professor Yəhya Adilin bacısı ilə yaşam qurmuşdu. Səidə xanım və Gülnaz xanım adlı qızları vardı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.