Məni öz adınla çağır (film)
From Wikipedia, the free encyclopedia
"Məni öz adınla çağır" (ing. Call Me by Your Name) — 2017-ci ildə Andre Asimanın eyni adlı romanı əsasında Ceyms İvorinin ssenarisinə uyğun olaraq Luka Quadanino tərəfindən çəkilmiş romantik dram filmidir. Film, Quadaninonun “İstək” (ing. Desire) adlı tematik trilogiyasına daxil olan üçüncü filmdir. Trilogiyanın əvvəlki iki filmi isə “Mən sevgiyəm” (2009) və “Böyük qığılcım” (2015) adlanır. Hadisələrin 1983-cü ildə Şimali İtaliyada cərəyan etdiyi “Məni öz adınla çağır” filmində 17 yaşlı Elio (Timoti Şalame) və ABŞ-dən olan aspirant Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Filmdə həmçinin Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys rol almışlar.
Məni öz adınla çağır | |
---|---|
ing. Call Me by Your Name | |
Janr | LGBT mövzulu film[d], dram filmi, romantik film |
Əsas mövzu | müvəqqəti münasibət[d][1], Gey prayd |
Rejissor | Luka Quadanino |
Prodüserlər |
Piter Spirs Luka Quadanino Emili Corcs Rodriqo Teixeira Marko Morabito Ceyms İvori Hovard Rozenmen |
Əsərin müəllifi | Andre Asimanın Məni öz adınla çağır romanı əsasında |
Ssenari müəllifi | Ceyms İvori |
Baş rollarda |
Armi Hammer Timoti Şalame Maykl Stalberq Amira Kazar Ester Qarrel Viktuar Du Boys |
Operator | Sayombhu Mukdiprom |
Bəstəkar | Sufyan Stivens |
İstehsalçılar |
Frenesy Film Company La Cinéfacture RT Features Water's End Productions Distribütor: Sony Pictures Classics |
Distribütor | Sony Pictures Classics[d], InterCom[d][2] |
İlk baxış tarixi |
22 yanvar 2017 (Sandens Film Festivalı) 24 noyabr 2017 (ABŞ) |
Müddət | 132 dəq.[3] |
Büdcə | $3.5 milyon[4] |
Gəlir | $6.5 milyon[5][6] |
Ölkələr |
İtaliya ABŞ Braziliya Fransa |
Dillər |
ingilis dili fransız dili italyan dili[7] |
İl | 2017 |
Rəng | rəngli |
IMDb | ID5726616 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
“Məni öz adınla çağır” filmi üzərində işlərə 2007-ci ildə, prodüserlər Piter Spirs və Hovard Rozenmanın Asimanın romanının ekranlaşdırılması hüququnu almalarından sonra başlanılmışdır. İvori film üzərində birgə işləməyə razılaşmış, həm ssenari yazmış, həm də prodüserlik etmişdir. Yer seçimində məsləhətçi kimi layihəyə qoşulmuş Quadanino isə nəticədə hm prodüser kimi layihyə töhvəsini vermiş, həm də rejissor kürsüsünə əyləşmişdir. Film, müxtəlif beynəlxalq şirkətlər tərəfindən maliyyələşdirilmiş, əsas çəkilişlər isə 2016-cı ilin may-iyun aylarında İtaliyanın Krema şəhərində həyata keçirilmişdir. Operator Sayombhu Mukdiprom filmi 35-mm-lik lentə çəkmişdir.
Sony Pictures Classics tərəfindən dünya premyerası keçirilməmişdən əvvəl film, 22 yanvar 2017-ci ildə Sandens Film Festivalında təqdim edilmişdir. Filmin kinoteatr çıxışı Birləşmiş Krallıqda 27 oktyabr 2017, ABŞ-də isə 24 noyabr 2017-ci ildə baş tutmuşdur. Film tənqidçilər tərəfindən alqışla qarşılanmış, rejissor işi, ssenari və aktyorların ifasına görə təriflənmiş, Amerika Film İnstitutunun Milli Rəy Soveti tərəfindən 2017-ci ilin ən yaxşı 10 filmindən biri elan edilmişdir. 75-ci Qızıl Qlobus mükafatı mərasimində film, Ən yaxşı bədii film – Dram, Şalame Ən yaxşı aktyor – Dram, Hammer Ən yaxşı ikinci plan aktyoru nominasiyalarında mükafata namizəd göstərilmişdir. 24-cü Ekran Aktyorları Gildiyası mükafatı mərasimində Şalame Baş rolda əlmanətdar kişi ifası nominasında mükafata namizəd göstərilmişdir.
90-cı Oskar mükafatı nominasiya mərasimində film Ən yaxşı film, Ən yaxşı aktyor (Şalame), Ən yaxşı uyğunlaşdırılmış ssenari və Ən yaxşı orijinal mahnı (Mystery of Love) nominasiyalarında mükafata namizəd göstərilmişdir.