Vətən Müharibəsi Qəhrəmanı From Wikipedia, the free encyclopedia
Namiq Sərəfruz oğlu İslamzadə (7 may 1974, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı,[1] İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Vətən Müharibəsi Qəhrəmanı.
Namiq İslamzadə | |
---|---|
Vəzifədədir | |
18 may 2024-cü ildən | |
Vəzifədədir | |
18 may 2024-cü ildən | |
Əvvəlki | Ramiz Tahirov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 may 1974 (50 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | pilot |
Hərbi xidmət | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Hərbi Hava Qüvvələri |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Rütbəsi |
General-leytenant |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981–1988-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988–1991-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxumuşdur. 1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbinə qəbul olmuş, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil almışdır. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıtmış, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil almışdır. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilmiş və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olmuşdur.[2]
Namiq İslamzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir.
Polkovnik Namiq İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.[3]
2019–2021-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini — Aviasiya rəisi vəzifəsində xidmət etmiş və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri Komandanının müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunmuşdur. 2024-cü il may ayının 18-dən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı təyin olunmuşdur.[4]
24 iyun 2024-cü il tarixində general-leytenant ali hərbi rütbəsini almışdır.[5]
İngilis və rus dillərini bilir.
Mayor Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.[6]
Polkovnik-leytenant Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.[7]
Polkovnik Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2020-ci il tarixli 2127 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[8]
9 dekabr 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.[9]
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə ""Füzulinin azad olunmasına görə"" medalı ilə təltif edilmişdir.[10]
Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[11]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.