Neftlərin təsnifatı
From Wikipedia, the free encyclopedia
Neftlərin təsnifatı
Müasir anlayışlara görə, neft aşağı və yüksək molekullu karbohidrogen və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət bir komponentdir. Nefti təşkil edən əsas elementlər: karbon 83–87% və hidrogen 12–14% arasında dəyişir. Neftin tərkibinə digər elementlərdən kükürd, azot və oksigendə daxildir. Neftin tərkibində olan kükürdün miqdarı dəyişkəndir: bir neçə yüzdə və hətta mində birdən 6–8%-ə qədər, bəzi hallarda 10-a və hətta 14%-ə qədər olur. Kükürd birləşmələri neft məhsullarının keyfiyyətinə əhəmiyyətli (ən çox mənfi) təsir göstərir. Azot və oksigen az miqdarda neftlərin tərkibinə daxildir: azot 0,02–1,7%, oksigen 0,05–3,6%. Əlavə olaraq neftlərdə əhəmiyyətsiz miqdarda çoxlu elementlərə rast gəlinir. Əsrin əvvəllərindən etibarən, neftlərin təsnifatını vermək üçün bir çox cəhdlər edildi, bunlardan əsas üç qrupu göstərmək olar:
- kimyəvi ;
- geokimyəvi (genetik);
- texnoloji (sənaye, ticarət).