![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/3/35/Neft%25C3%25A7i_PFK_loqo.png/640px-Neft%25C3%25A7i_PFK_loqo.png&w=640&q=50)
Neftçi PFK
Azərbaycan futbol klubu / From Wikipedia, the free encyclopedia
Neftçi PFK — Bakı şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. Klubun müşahidə şurasının sədri Rövşən Nəcəfdir.
![]() | Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Neftçi PFK | ||||
---|---|---|---|---|
![]() | ||||
Klubun tam adı | Neftçi Peşəkar Futbol Klubu | |||
Ölkə |
![]() |
|||
Ləqəb(lər) |
"Flaqman" "Ağ-Qaralar" |
|||
Rəng(lər) | ağ-qara | |||
Yaranma tarixi | 18 mart 1937 (87 il əvvəl) (1937-03-18)[1] | |||
Stadionu | Neftçi Arena | |||
Tutumu | 11.000 | |||
Prezidenti |
![]() |
|||
Baş məşqçisi |
![]() |
|||
Kapitanı |
![]() |
|||
Liqa | Azərbaycan Premyer Liqası | |||
2023-24 | 5 | |||
| ||||
Rəsmi saytı | ||||
![]() |
"Neftçi" klubu "Qarabağ" klubu ilə yanaşı bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir. "Neftçi" 9 dəfə Azərbaycan Premyer Liqasına, 6 dəfə Azərbaycan Kubokuna və 2 dəfə Azərbaycan Superkubokuna sahib olmuşdur. Həmçinin, komanda beynəlxalq miqyasda 1 dəfə Birlik Kubokuna sahib olmuşdur; bu Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk kubok olmuşdur.
2012-ci ildə, "Neftçi" UEFA Avropa Liqasının "play-off" mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4–2 hesabıyla məğlub edərək yarışın qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olmuşdur.[3][4]