![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6b/Duchy_of_nitra_11th_century.png/640px-Duchy_of_nitra_11th_century.png&w=640&q=50)
Nitra knyazlığı
From Wikipedia, the free encyclopedia
Nitra knyazlığı[1][2][3] (slovak. Nitrianske kniežatstvo, Nitriansko, Nitrava; mac. Nyitrai Fejedelemség), həmçinin Nitra hersoqluğu[4][5] — siyasi mərkəzi Nitra şəhərində cəmləşən, müasir Slovakiya ərazisində yerləşən qərbi slavyan knyazlığı. VIII əsrdə yaranmışdır. IX əsrin əvvəllərində knyazlığın ərazisi müasir Slovakiyanın demək olar ki, bütün ərazisini (Zaqorye istisna olmaqla), həmçinin Zakarpatiyanın və şimal-şərqi Macarıstanın bir hissəsini əhatə edirdi. 833-cü ilə qədər knyazlıq öz müstəqilliyini saxlamış, sonra Nitra knyazı Pribina Moraviya böyük knyazı I Moymir tərəfindən qovulmuş və knyazlıq Böyük Moraviyanın tərkibinə daxil edilmişdir. 907–925-ci illərdə Böyük Moraviyanın süqutundan sonra knyazlıq Macarıstan knyazlığının tərkibinə daxil edilmişdir. 1108-ci ildə Nitra knyazlığı öz suverenliyini itirmişdir.
Tarixi dövlət | |
Nitra knyazlığı | |
---|---|
![]() |
|
— 1100
|
|
Paytaxt | Nitrа |
![]() |