Obyektiv
From Wikipedia, the free encyclopedia
Obyektiv — təsviri səthə(fotomaterial, matrisa və s.) proyeksiya edən fotoaparatla birlikdə çalışan linza və ya linzalar dəstindən ibarət olan optik qurğudur.
- Obyektivlər foto, kino çəkilişində, optik çapda, mikroskopda, teleskopda və müxtəlif müşahidə və optik cihazlarda istifadə olunur.
- Müşahidə cihazlarında obyektiv cihazın birinci komponenti sayılır. Bu halda təsvirə cihazın okulyarında baxılır.
- Qurğunun təyinatından asılı olaraq obyektivə diafraqma, sürgü, başlıq, fokuslama sistemi kimi köməkçi elementlər əlavə edilə bilər.