Oksigen fəlakəti
From Wikipedia, the free encyclopedia
Oksigen fəlakəti və ya Oksigen böhranı — Paleoproterozoy dövründə, 2.4 milyard il əvvəldən 2.1–2.0 milyard il əvvələ qədər Yer atmosferində və ilkin okeandakı oksigenin birdən-birə artdığı dövrdür.[1] Geoloji, izotopik və kimyəvi dəlillər molekulyar oksigenin (O2) Yer atmosferində toplanmağa başladığını[2] və nəticədə bunun Yer kürəsindəki demək olar ki, bütün canlıların məhv olmasına səbəb olduğunu göstərir.[3] Oksigen istehsal edən sianobakteriyalar, çoxhüceyrəli həyat formalarının sonrakı inkişafına imkan verdi.[4]