Olenok körfəzi
From Wikipedia, the free encyclopedia
Olenok körfəzi[1] — Laptevlər dənizində yerləşən körfəz. Körfəzin uzunluğu 65 km, eni isə 130 km-dir. Ən dərin yeri 15 metrdir. Lena deltasından qərbdə yerləşir. İlin böyük qismi buzla örtülüdür. Avqust-sentyabr ayları buzdan azad olur. Körfəzin suyu az duzludur. Bu səbəbdən burada şirin su balıqlarını görmək olar. Körfəzə Olenok çayı tökülür. Şərq sahillərini Lena deltası şəkilləndirir. Körfəzdə çoxlu ada vardır. Onlardan ən irisi Canqılaxdır. Ətrafında tundra bitkiləri yayılmışdır. Buxtanın sahil bölgəsi Böyük Arktik qoruğu ərazisinə daxildir. Buxtaya çoxlu sayda çaylar axır. İnzibati cəhətdən buxtanın böyük hissəsi Rusiya Federasiyası Krasnoyarsk diyarı ərazisinə daxildir.
Cəld faktlar Ümumi məlumatlar, Tip ...
Olenok körfəzi | |
---|---|
saxa Өлөөн хомото | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Sahil uzunluğu | 65 km |
Dərin yeri | 15 m |
Orta dərinliyi | 3 m |
Yerləşməsi | |
73°11′31″ şm. e. 122°14′46″ ş. u. | |
Ölkələr | |
Akvatoriyası | |
Bağla