![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5c/Russia_physical_location_map_%2528Crimea_disputed%252C_compressed%2529.jpg/640px-Russia_physical_location_map_%2528Crimea_disputed%252C_compressed%2529.jpg&w=640&q=50)
Olyutorski yarımadası
From Wikipedia, the free encyclopedia
Olyutorski yarımadası — Asiyanın şimal-şərqində, Kamçatka yarımadası ərazisində yerləşən yarımada. Berinq dənizi daxilinə 70 km məsafədə dadil olur[1]. Qoven yarımadasından şərqdə yerləşir. Yarımadada yerləşən burunlar: Niminvitkin, Anana, Severnı, Laqunnı, Stupençatı, Vulkanıçeski, Tyulenı. İlena, Nizki, Ploski və s. İri çayları:Ukiin, Apuka, Aniçklanvayam, Yaxinı, Yaqolcayam, Kavaça. Yarımada Berinq dənizi və Olyutorski körfəzlərini ayırır. Sahillərində çoxlu sayda körfəz, buxla və laqun vardır. Burada çoxlu sayda göl olsa da, ən iriləri Vaymintavın, Vatıtqıtzın və Laqunnıe gölləridir.
Olyutorski yarımadası | |
---|---|
Yerləşməsi | |
65°15′00″ şm. e. 170°12′00″ q. u. | |
Akvatoriya | Berinq dənizi |
Ölkə |
![]() |
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/15/%D0%9E%D0%BB%D1%8E%D1%82%D0%BE%D1%80%D1%81%D0%BA%D0%B8%D0%B9_%D0%BF%D0%BE%D0%BB%D1%83%D0%BE%D1%81%D1%82%D1%80%D0%BE%D0%B2.jpg/640px-%D0%9E%D0%BB%D1%8E%D1%82%D0%BE%D1%80%D1%81%D0%BA%D0%B8%D0%B9_%D0%BF%D0%BE%D0%BB%D1%83%D0%BE%D1%81%D1%82%D1%80%D0%BE%D0%B2.jpg)
Ərazisi əsasən dağlıqdır. Maksimal hündürlük 917 metrdir (Seraya d). Cənub hisdəsində İrriney silsiləsi, mərkəzindən Kavaça, şimalından isə Olyutorski silsiləsi keçir. Sahillərindən bir qədər aralıda dərinlik 2 min metrə çatır. Severnı laqununda Burunnıe adaları yerləşir. Tundra bitkiləri yayılmışdır. Bununla belə burada Alçaqboylu sidr şamı, qızılağac, söyüd, ağcaqayın kimi bitkilər kol formada bitir.[1]