Osmanlı donanması
From Wikipedia, the free encyclopedia
Osmanlı Donanması ya da köhnə adı ilə Donanma-yı Hümâyûn — Osmanlı dövlətinin dəniz qüvvələri. XIV əsrdə yaradılıb[1][2]. Osmanlı dövləti 1323-cü ildə Qaramürsəli fəth edərək dənizə çatıb. Qaramürsəl bəyin rəhbərliyində ilk donanma yaradıldı və Kocaelidə baş verən döyüşlərdə dənizdən dəstək təmin edildi[3][4]. 1327-ci ildə Qaramürsəldə ilk Osmanlı limanı quruldu və beləcə dəniz gücünün rəsmiləşdirilməsi işləri başladı. Osmanlı donanmasında iyerarxiya sistemə keçildi. İlk dərya bəyi (donanma komandiri), Qaramürsəl bəy oldu. 1337-ci ildə Kocaeli ələ keçirildi. Beləliklə 1353-cü ildə reallaşacaq olan Rumeliyə keçidin yolu açıldı. Bundan sonra donanmanın mərkəzi sırası ilə İzmit, Gelibolu və son olaraq da İstanbul oldu. 1327-ci ildə Qaramürsəldə ilk Osmanlı limanı quruldu və beləcə dəniz gücünün rəsmiləşdirilməsi işləri başladı[1]. İlk dərya bəyi Qaramürsəl bəy olmuşdur[4]. 1337-ci ildə Kocaeli ələ keçirildi. Beləliklə 1353-cü ildə reallaşacaq olan Rumeliyə keçidin yolu açıldı[1]. Bundan sonra donanmanın mərkəzi sırası ilə İzmit, Gelibolu və son olaraq da İstanbul oldu[1][5].
İstanbulun fəthində II Mehmet donanmadan faydalandı[5]. Qara dənizdə və Aralıq dənizində təsiri çoxalan Osmanlı donanması Misir səfərində Osmanlı qüvvələrinə dəstək etdi[1][5]. 1538-ci ildə Preveze dəniz döyüşündə Osmanlı donanması qazandı. Bundan sonra Cerbe dəniz döyüşündə də Osmanlı donanması qazandı. Malta mühasirəyə alındı, ancaq bir şey əldə edilə bilmədi. Osmanlı donanmasını böyütmək üçün bir çox liman quruldu, ehtiyacı lazım olan vəsaitlər Kocaelidən, Bigadan, Samsundan, Kastamonundan və Aydından gətirilirdi[2][6]. Kapitan dəryalara ənənə olaraq cəzayir bəylərbəyliyi verilərdi[2]. Gelibolu, Aralıq dənizi adaları və İzmirin bəzi yerləri Osmanlı kapitanlarına iqta olaraq verilərdi[7].
XVI əsrdə Hind okeanında Portuqaliya krallığına qarşı Hadim Süleyman Paşa və Piri Rəis rəhbərliyində səfərlər təşkil edilsə də, Portuqaliya donanması üstün gəldi və Piri Rəis edam edildi[8]. İnəbaxdı müharibəsindən sonra ağır itkilər verən Osmanlı donanması, itkinlərini bərpa etməyi bacardı[9]. Osmanlı dövləti durğunluq dövründən etibarən dəniz ticarətində Avropalı dövlətlərdən geri qaldı[5]. XVIII əsrdə Mezomorto Hüseyn Paşanın cəhdləri ilə donanmada islahatlar keçirildi[1][2][q 1]. Lakin dənizlərdə ciddi bir üstünlük təmin edilə bilmədi. 1773-cü ildə Cəzairli Qazi Həsən Paşanın Dərya Kapitanı olması ilə əlaqədar dəniz məktəbi açıldı. Burada müasir təhsil verilməyə başlandı və 1776-cı ildə Amire Limanın yaxınlarında ikinci dəniz məktəbi olaraq Bəxri-Həndəsənə açıldı[10]. XIX əsrdə Osmanlı dövləti, Fransanın Misir yürüşündə İngilis donanmasından kömək aldı. Bundan sonra III Səlimin islahatlarını davam etdirən II Mahmud dövründə donanma 1827-ci ildə baş vermiş Navarin dəniz döyüşündə məhv edildi[11]. II Mahmudun dövründə Amerikalı mühəndislərin köməkləri ilə islahatlar davam etdi. Osmanlı limanları müasir dəniz sənayesinə uyğunlaşdırıldı və dövrün ən böyük döyüş gəmisini əlində tutan Mahmudiyə də o dövrdə dənizə uyğunlaşdırıldı[11]. II Mahmudun ölümündən sonra bu mühəndislər İstanbulu tərk etmək məcburiyyətində qaldı. Taxta çıxan Əbdülməcidin dövründə, 1840-cı ildə dəniz məclisi quruldu və müasir donanma işləri davam etdi. İlk dənizçilik şirkəti Xeyriyə şirkətidə bu dövrdə qurulmuşdu. Əbdüləzizin dövründə isə 1867-ci ildə dəniz nazirliyi quruldu. Əbdüləzizin dövründə davam edən islahatlar ilə xarici ölkələrdən çox sayda müasir döyüş gəmisi alındı. 1878-ci ildən etibarən II Əbdülhəmidin laqeydliyi nəticəsində donanma, Haliçdə tərk edildi və dənizə açılmadı[5][11]. 1897-ci il Osmanlı-Yunan müharibəsində Osmanlı donanması özünü göstərə bilmədi. 1909-cu ildə "Donanma cəmiyyəti"nin səyləri ilə müasir donanma işləri xalqın maddi yardımları ilə davam etdi[1][5]. Bu cəmiyyətin səyləri ilə çox sayda müasir döyüş gəmisi alındı. Alman zabitlərindən ibarət olan bir heyət ilə islahat işləri canlandı. Trablis müharibəsində və Balkan müharibəsində Osmanlı donanması fəaliyyət göstərdi. Lakin I Dünya Müharibəsində Egey dənizində məhdud fəaliyyət göstərmək məcburiyyətində qalan donanma, Çanaqqala Dəniz Döyüşlərində müvəffəqiyyətli oldu[1][12]. I Dünya Müharibəsindən sonra donanma, Mərmərə dənizində ittifaq qüvvələrinin nəzarəti altında oldu[1].