Osvald Şpenqler
From Wikipedia, the free encyclopedia
Osvald Şpenqler (doğum adı Osvald Arnold Qotfreyd Şpenqler; 29 may 1880[1][2][…] – 8 may 1936[3][1][…], Münxen, Üçüncü Reyx[3]) — Alman tarixçi və fəlsəfə tarixi mütəxəssisi. Riyaziyyat, təbiətşünaslıq və incəsənət kimi sahələrlə maraqlanmışdır. Məşhur kitabı olan "Qərbin tənəzzülü" (The Decline of the West) 1918 və 1922-ci illərdə nəşr olunmuş özündə bütün dünya tarixini əks etdirmişdir. Onun irəli sürdüyü yeni nəzəriyyəyə görə mədəniyyətlərin ömrü məhdud olur və bunlar sonda çürüyürlər. O, Birinci dünya müharibəsi və Birinci və İkinci dünya müharibəsi arasındakı dönəmdə çoxlu yazılar yazmış və Almaniyanın Avropadakı hegemonluğunu dəstəkləmişdir. Onun digər yazıları Almaniyadan xaricdə də öz kiçik təsirini göstərmişdir. Şpenqlerin 1920-ci ildə təqdim etdiyi "Prussiandom və Socialism" kitabında sosializm və avtoritarizmin əsasları və millətçilik müdafiə olunur. Bəzi Nasistlər (məsələn, Qobbels) Şplenqeri təbliğatçı hesab edirdilər. Lakin 1933-cü ildə onun Almaniya və Avropanın gələcəyi haqqındakı pessimist fikirləri, Nasistlərin irqi ayrı seçkilik idealarını dəstəkləməkdən boyun qaçırması və "The Hour of Decision" (Qərar saatı) adlı tənqidi kitabından sonra nasistlər tərəfindən sürgün olunmuşdur.
Osvald Şpenqler | |
---|---|
alm. Oswald Arnold Gottfried Spengler | |
Doğum tarixi | 29 may 1880(1880-05-29)[1][2][…] |
Vəfat tarixi | 8 may 1936(1936-05-08)[3][1][…] (55 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Elmi dərəcəsi |
|
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |