Paris Notr-Dam kilsəsi (roman)
From Wikipedia, the free encyclopedia
Paris Notr-Dam kilsəsi (fr. Notre-Dame de Paris) və ya Notr-Dam kilsəsinin Qozbeli (ing. The Hunchback of Notre-Dame) — Fransa yazıçısı Viktor Hüqonun 1831-ci ildə yazdığı qotik və romantizm janrlarında olan əsər. Fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunur.
Paris Notr-Dam kilsəsi | |
---|---|
fr. Notre-Dame de Paris | |
Müəllif | Viktor Hüqo |
Janrlar | Romantizm, qotik roman |
Orijinalın dili | Fransızca |
Ölkə | |
Orijinalın nəşr ili | 16 Mart 1831 |
Tərcüməçi |
Mikayıl Rəfili Yusif Vəzir Çəmənzəminli |
Nəşriyyat | Azərnəşr |
Nəşr | 1936 |
Səhifə |
940 (orijinal) 512 (tərcümə) |
Növ | Roman |
ISBN | 978-9952-36-191-9 |
Vikianbarda əlaqəli mediafayllar |
Romanın fransızca olan orijinal adı, "Notre-Dame de Paris"-dir. Azərbaycan dilinə, "Paris Notr-Dam kilsəsi" kimi tərcümə olunur. Paris Notr-Dam kilsəsi Paris şəhərinin mərkəzində yerləşən katolik kilsəsidir və Fransa paytaxtının başlıca simvoludur. Lakin 1833-cü ildə ingilis tərcüməçi və yazıçı Frederik Şoberl, əsəri ingilis dilinə tərcümə edərkən, adını "The Hunchback of Notre Dame" yəni "Notr Damlı Qozbel" kimi göstərmişdir. Bu ad, əsərin baş qəhrəmanı "Kvazimodo" üzərinə adlandırılmışdır. Sonradan bu ad, əsərin beynəlxalq adı ola biləcək qədər önəmli olmuşdur.
Romanın bütün əsas surətləri – Klod Frollo, Kvazimodo, Esmeralda, Feb uydurma obrazlardır. Yalnız Pyer Qrenquar istisna təşkil edir və onun real tarixi prototipi vardır. Bu, XV əsrdə və XVI əsrin əvvəllərində Parisdə yaşamış şair və dramaturqdur.
Mikayıl Rəfilinin rus dilindən tərcüməsi və Yusif Vəzir Çəmənzəminlinin redaktəsi ilə 1936-cı ildə nəşr edilən bu əsər, nəşriyyat tərəfindən Azərbaycan ədəbi dilinə uyğunlaşdırlmış və "Paris Notr-Dam kilsəsi" olaraq adlandırılmışdır.[1]