Pinqvinlər
From Wikipedia, the free encyclopedia
Pinqvinlər (lat. Spheniscidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin pinqvinkimilər dəstəsinə aid heyvan fəsiləsi. Cənub qütbü, Yeni Zelandiya, Avstraliya, Cənubi Amerika, Cənubi Afrika və hətta Qalapaqos sahillərində yaşayırlar. Böyüklük baxımından 30 – 105 sm olurlar. 17-yə qədər növü bilinir. Ən iriləri olan İmperator pinqvinləri təxminən 45 kq ağırlığda olurlar. İsti bölgələrə doğru gedildikcə boyları kiçilər. Dənizlərdəki balıq və mürəkkəbböcəyi ilə qidalanarlar. Tükləri quş tüklərinə heç bənzəmir. Kürəkləri qara və ya boz, qarın hissələri ağ nazik tüklərlə örtülüdür. Növlər bir-birindən, başlarındakı rəngli tükləriylə seçilir. Quyruqları qısa və ayaqları bədənlərinin arxasında olduğundan asanlıqla ayaq üstə dayana bilərlər. Dənizdə, saatda 10 dəniz mili sürətlə üzə bilərlər. Hətta lazım olduğunda bu sürətlərini iki qat artıra bilirlər.
Məlumatı yoxla. Bu məqalədə verilən faktların dəqiqliyini və məlumatların etibarlılığını yoxlamaq lazımdır. Müzakirə səhifəsində aydınlaşdırılmalıdır. |
Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Pinqvinlər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Neoaves Klad: Passerea Klad: Phaethoquornithes Klad: Aequornithes Klad: Austrodyptornithes Dəstə: Fəsilə: Pinqvinlər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Qanadlarında uzun tüklər olmadığına görə uça bilmirlər. Buna qarşılıq üzərkən çox qüvvətli üzgəc vəzifəsi görür. Pinqvinlər, buz üzərində çox yaxşı hərəkət edirlər. Sinələrinin üzərində yataraq üzgəc qanadlarının köməyiylə xizək kimi sürüşərək, quruda bir neçə yüz kilometr məsafə qət edə bilərlər. Təkcə artım mövsümlərində yumurtlamaq üçün quruya çıxırlar. Bədənlərini örtən sıx tüklər və dəri altlarındakı qalın yağ təbəqələri onları Antarktikanın dondurucu soyuqlarından qoruyur. Bədən istiliyini nizamlayan avtomatik bir mexanizmə sahibdirlər. Lazım olduğunda qan damarları ilə dəriyə gedən qanı azaldaraq, yüksəldərək və tüklərini dikləşdirərək bədən istiliklərini tənzimləyirlər.
Cənub qütbü pinqvinləri 40 °C-lik bədən istilikləri ilə −40 °C-lik Antarktika soyuğuna uyğunlaşıblar. Bədənlərindəki tük, yağ və qidalardan əldə etdikləri enerji və idarə mexanizmləri ilə 80 °C-lik istilik fərqinə dözə bilirlər.
Antarktikanın kral pinqvinləri gündə ortalama 140 dəfə suya girirlər. Bunun, ancaq yüzdə onunda ov tuta bilirlər. Tük dibləri dəriyə yaxın qisimdə istiliyə qarşı yalıtkan bir iç təbəqə meydana gətirərək bədəni soyuqdan təhlükəsizliklə qoruyar.
Bəzi növləri, kürt olduğu dövrlərdə dörd aya yaxın bir zamanda aclığa dözə bilirlər. Bu dövrdə çəkilərinin yarısını itirərlər. Antarktidadan başqa yerdə yaşayan pinqivinlərin su axıntıları və üzən buzlarla Cənub qütbündən gəldikləri fərz edilir.
Artım dövrələrində bir qisimi yan-yana dayanaraq yüz minlərlə fərddən əmələ gələn kürt koloniyaları meydana gətirər. Yuva quranlar 2 – 3 yumurta yumurtlayarlar. İmperator (Aptenodytes forsteri) və kral pinqvin (Aptenodytes patagonica) isə yuva qurmurlar, bir yumurta yumurtlayır və tək yumurtalarını ayaqları üzərində və qarınlarının altındakı dərisinin altında mühafizə edərək soyuqdan qoruyurlar. Yuva edənlərin kişiləri, dişilərinə çaxıl daşları hədiyyə edərək pərəstişkarlıq edər. Dişi, qar əridikcə bu daşlarla yuvasını yüksəldər. Erkək və dişi növbə ilə kürt yatır. Kürt dövründə bir şey yemirlər. Balaların qayğısına ana və ataları birlikdə qalır.
Pinqvinlər insandan qaçmadıqları üçün, yağlarından istifadə etmək istəyənlər çox miqdarda ovlayaraq istehlak edirlər.