Pir Hüseyin türbəsi (İrəvan)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Pir Hüseyin türbəsi .
Pir Hüseyin türbəsi, Cəfərabad türbəsi, Pir Hüseyn sərdabəsi və ya Əmir Səəd məqbərəsi[2] — Ermənistan'in Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand) qırmızı tuf daşdan inşa edilmiş səkkiztinli türbə.[3][4] XV əsrə aid müsəlman abidəsi.[5] Türbədə əsas Qaraqoyunlu tayfalarından biri olan Saadlu (Səədli) türk tayfasının başçısı, Çuxur Sədin ilk hakimi Əmir Saad dəfn edilmişdir.[6][7][2]
Cəld faktlar Ölkə, Yerləşir ...
Pir Hüseyin türbəsi | |
---|---|
40°09′22″ şm. e. 44°26′23″ ş. u. | |
Ölkə | Ermənistan |
Yerləşir | Cəfərabad kəndi, Ararat mərzi |
Aidiyyatı | Qaraqoyunlular |
Sifarişçi | Pir Hüseyin ibn Əmir Səəd |
Tikilmə tarixi | 1413 |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi[1] |
Günbəzləri | 1 |
Material | Tuf |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla