Pivə
içki növü / From Wikipedia, the free encyclopedia
Pivə - taxıl (buğda, arpa və ya çovdar) və şərbətçiotu olan qarışığın qıcqırdılmasından alınan dünyanın ən çox içilən spirtli içkisidir. Qıcqırma prosesinin idarə olunması üçün mayadan (elmi adı Saccharomyces cerevisiae) istifadə edilir. Bundan əlavə qarışığa zövqə görə meyvələr, otlar və ədviyyat da əlavə edilir. Almaniya və Avstriyada normal pivə sortunun tərkibində olan alkoqolun həddi 4,5-6 % arasındadır.
Pivə həm sərinləşdirici, həm də alkoqollu içkidir. Bu içkinin digərlərindən fərqi istifadə olunan məhlulun tərkibindəki şəkərin miqdarının yüksək olub, proses zamanı heç bir distillə, yəni saflaşdırma mərhələsindən istifadə edilməməsindədir. Şərabın istehsalında şəkər kimi bitkillərdən alınma və heyvan mənbələrindən əldə edilmiş (bal) şəkərlərdən istifadə edildiyi halda, pivə üçün ilkin mənbə nişasta götürülür.