Polşa Avroviziya Mahnı Müsabiqəsində
From Wikipedia, the free encyclopedia
Polşa Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 22 dəfə müsabiqədə iştirak etmişdir. Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt birincilik əldə etməyən Polşa müsabiqədəki ən yaxşı nəticəsini məhz ilk iştirakında, 1994-cü ildə göstərmişdir. Həmin müsabiqədə ölkə təmsilçisi Edita Qurnyak ifa etdiyi "To nie ja!" mahnısı ilə Polşaya ikinci yeri qazandırmışdır. Bundan başqa Polşa üç dəfə ilk onluqda yer almışdır.
2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Polşa bir-birini izləyən uğursuz cəhdlərin ardınca 2012-ci ildə müsabiqədə iştirakdan imtina etmişdir. Ölkə iki illik fasilədən sonra 2014-cü ildə Avroviziyaya geri dönmüş və həmin ildən etibarən Polşa dörd il ard-arda finala yüksələ bilmişdir.