Portal:UNESCO
From Wikipedia, the free encyclopedia
Yeni istifadəçilərə · Cəmiyyət · Portallar · Seçilmiş məzmun · Layihələr · Sorğular · Qiymətləndirmə |
Ali Botuş — Bolqarıstanın cənubunda, Yunanıstanla olan sərhəddə yerləşən qoruq. Qoruq çox da böyük olmayan Slavyanka dağ silsiləsindədir. Ali Botuş qoruğu silsilənin şimal yamacında olub bütünlüklə Bolqarıstan ərazisinə aiddir. Qoruq Blaqoyevqrad vilayətinin Sandanski və Hadjidimovo icmalarının ərazisindədir. Qoruq 1951-ci ildə Balkan yarımadası üçün endemik olan Heldreyx şamı meşələrini qorumaq məqsədi ilə yaradılmışdır.
Sonrakı dövrlərdə qoruq ərazisi bir neçə dəfə genişləndirilmiş və sahəsi 1638 hektara çatdırılmışdır (16,38 km²). 1977-ci ildən Ali Botuş UNESCO-nun qorunan obyektlər siyahısına daxil edilmişdir. |
Kristian Amanpur — İran əsilli ingilis jurnalist və xəbər aparıcısı. Amerikanın CNN kanalının Xarici Xəbərlər Bölməsinin Rəhbəri və CNN Internationalda gecə xəbərlərinin aparıcısıdır. Kristian Amanpur eyni zamanda ABC News kanalının xəbər aparıcısıdır.
Kristian Amanpur atası iranlı, anası ingilisdir. 12 yanvar 1958-ci ildə Londonda dünyaya gəlmişdir. Anadan olduqdan sonra ailəsi ilə birlikdə Tehrana köçmüş və 11 yaşınadək Tehranda yaşamışdır. 11 yaşında təhsilini davam etmək üçün ailəsi tərəfindən İngiltərəyə göndərilmişdir. İran İnqilabından sonra ailəsi də İrandan qaçıb, Londonda yaşamağa başlamışdır. |
Qeyri-maddi mədəni irs — "UNESCO"nun Ümumdünya irsi layihəsinə bənzər, lakin mədəniyyətin qeyri-maddi sahələrini əsas tutan konsepsiya. "UNESCO"nun 2003-cü il sentyabrın 29-dan oktyabrın 17-dək Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiya ilə tənzimlənir.
Qeyri-maddi mədəni irs anlayışı son illərdə geniş istifadə olunur. Bu anlayış əsasən mənəvi mədəniyyəti özündə cəmləşdirir.
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Böyük ipək yolu ərazilərinin Ümumdünya İrsi siyahısına daxil edilməsi üçün səylərini birləşdirib.
Ümumdünya İrsi | İnsan və biosfer | Dünyanın yaddaşı | |||
|
|
|
- 14 yanvar — Ümumdünya Məntiq Günü (2019-cu ildən)
- 21 fevral — Beynəlxalq Ana Dili Günü (2000-ci ildən)
- 21 mart — Dünya Poeziya Günü
- 18 aprel — Tarixi Abidələrin Mühafizəsi Günü (1983-cü ildən)
- 23 aprel — Ümumdünya Kitab Günü (1996-cı ildən)
- 3 may — Ümumdünya Mətbuat Azadlığı Günü (1994-cü ildən)
- 23 avqust — Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirə Günü (1998-ci ildən)
- 8 sentyabr — Beynəlxalq Savadlılıq Günü (1966-cı ildən)
- 5 oktyabr — Beynəlxalq Müəllimlər Günü (1994-cü ildən)
- 10 noyabr — Sülh və İnkişaf naminə Ümumdünya Elm Günü (2002-ci ildən)
- 16 noyabr — Beynəlxalq Tolerantlıq Günü (1995-ci ildən)
- noyabrın üçüncü cümə axşamı — Beynəlxalq Fəlsəfə Günü (2002-ci ildən)
- Gilyermo Kano Mükafatı — mətbuat azadlığına verdiyi töhfəyə görə.
- Yana Amosa Komenskovo medalı — pedaqoqika sahəsində nailiyyətlərinə görə.
- Hans Xristian Andersen mükafatı — uşaq yazıçılar və illüstratorlar üçün ədəbi mükafat.
- "UNESCO"nun Sülh Rəssamı — yaradıcı peşə sahibləri üçün mükafat.
- Kalinqi mükafatı — elmin populyarlaşdırılması sahəsində nailiyyətlərinə görə.
- Albert Eynşteyn medalı — elmə verdiyi böyük töhfəyə və elmi sahədə beynəlxalq əməkdaşlığa görə.
|
|
|
|
|
|
|
Proqramlar: Ümumdünya İrsi • Qeyri-maddi mədəni irs • İnsan və biosfer • Dünyanın yaddaşı • "UNESCO" ilə əlaqəli məktəblər • Azad proqram kataloqu
Mükafatlar: UNESCO-nun Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatı • Yana Amosa Komenyus medalı • Hans Xristian Andersen mükafatı
"UNESCO" günləri: Beynəlxalq Savadlılıq Günü • Ümumdünya Kitab Günü • Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirə Günü • Tarixi Abidələrin Mühafizəsi Günü • Beynəlxalq Ana Dili Günü • Ümumdünya Mətbuat Azadlığı Günü • Beynəlxalq Tolerantlıq Günü • Beynəlxalq Müəllimlər Günü • Beynəlxalq Fəlsəfə Günü
Əsas siyahılar: Dünya irsi: Asiya • Afrika • Avropa • Okeaniya • Cənubi Amerika • Avstraliya, Kanada, Rusiya, ABŞ
- Vikianbarda UNESCO ilə əlaqədar mediafayllar var
Xarici keçidlər: |
|