Qalaktik Mərkəz
From Wikipedia, the free encyclopedia
Qalaktika Mərkəzi — Süd Yolu qalaktikasının fırlanma mərkəzidir. Süd Yolunun ən parlaq olduğu sahəsi Oxatan, İlandaşıyan və Əqrəb bürcləri istiqamətində Yerdən 8.122 ± 31 parsek (26.490 ± 100 i.i.) məsafədədir. Bu Oxatan A* kompakt radioşüalanma mənbəyi ilə üst-üstə düşür.
Qalaktik Mərkəzin bir parsekində təxminən 10 milyon ulduz var, əsasən qırmızı nəhənglər üstünlük təşkil edir. Həmçinin bir milyon il əvvəl ulduz əmələgəlməsi hadisəsində əhəmiyyətli olan kütləvi ifratnəhəng ulduzlar və Wolf-Raye tipli ulduzlar da var. Qalaktik Mərkəzdə 4,100 ± 0,034 milyon günəş kütləsi tərtibində supermassiv qara dəlik var, bu qara dəlik Oxatan A * radioşüalanma mənbəyini gücləndirir.