Qalaktika mühafizəçiləri (2008)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Qalaktika mühafizəçiləri.
Qalaktika mühafizəçiləri (ing. Guardians of the Galaxy) – Marvel Comics nəşriyyatı tərəfindən 2008-ci ildə yaradılmış kosmik superqəhrəman komandası. Komanda Den Abnett və Endi Lenninq tərəfindən yaradılmış və ilk üzvləri Ulduz lordu, Reaktiv yenot, Adam Uorlok, Qamora, Dağıdıcı Draks, Kvasar olmuşdur.
Cəld faktlar Nəşriyyat, Yayım tarixi ...
Qalaktika mühafizəçiləri | |
---|---|
"Guardians of the Galaxy" cild 2, #1 (may 2008) | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Annihilation: Conquest" #6 (aprel 2008) |
Yaradan | Den Abnett (yazıçı) Endi Lenninq (rəssam) |
Hekayə məlumatı | |
Baza | Nauvere |
Üzvlər | Hazırkı üzvlər Dağıdıcı Draks Qamora Qrut Qarışqa-adam Ulduz lordu Reaktiv yenot |
Tam siyahı | |
Bax: Qalaktika mühafizəçilərinin üzvlərinin siyahısı |
Bağla
Qalaktika mühafizəçiləri ilk dəfə "Annihilation: Conquest" komiksinin 6-cı sayında peyda olmuşdur. 2014-cü ildə MKK-ya daxil olan film adaptasiyası çəkilmiş və böyük uğur qazanmışdır. 2017-ci ildə filmin sikveli buraxılmışdır. Qalaktika mühafizəçiləri bu ada sahib 2-ci komandadır. Orijinal komanda 1969-cu ildə Cin Kolan və Arnold Dreyk tərəfindən yaradılmışdır.