From Wikipedia, the free encyclopedia
Qall turşusu (lat. galla — mürəkkəb fındığı) – 3, 4, 5-trioksibenzoy turşusu, C7H6O5—üzvi birləşmə.
Qall turşusu | |
---|---|
Ümumi | |
Sistematik adı | 3, 4, 5-trioksibenzoy turşusu |
Kimyəvi formulu | C7H6O5 |
Molyar kütlə | 0 kq[1] |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 250 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 149-91-7 |
PubChem | 370 |
RTECS | LW7525000 |
ChEBI | 30778 |
ChemSpider | 361 |
Adi şəraitdə bir molekul su ilə kristalhidrat əmələ gətirir. Rəngsiz, havada saxlandıqda isə rəngi get-gedə qonurlaşan, iynəvarı kristal maddədir. Spirtdə və qaynar suda yaxşı, soyuq suda pis həll olur, xloroformda və benzolda həll olmur. 240°S-də parçalanmaqla əriyir, dəmir 3-xloridlə göy-qara mürəkkəb əmələ gatirir . Çay yarpağında, palıd qabığında, aşı maddəli ekstraktlarda var. Tannin maddəsinin qələvi ilə və ya fermentativ hidrolizindən alınır. Qall turşusu analitik kimyada (Sb, Bi, Pb, Cu, Mo, Ag və bir çox başqa elementin, habelə NO2-nin təyin edilməsində), bəzi boya maddələrinin (antraqallol, qallosianin və s.) sintezində, mikroskopiyada, elektrokimyəvi analiz üsullarından istifadə etdikdə (depolyarizator kimi) işlədilir. Quru halda distillə etdikdə piroqallol alınır
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.