Qondarma Dağlıq Qarabağ Respublikası
1991-2023-cü illərdə Qarabağda mövcud olmuş tanınmayan dövlət / From Wikipedia, the free encyclopedia
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն; — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət.[5] 1991–2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi.
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
tanınmayan | |||||
Qondarma Dağlıq Qarabağ Respublikası | |||||
---|---|---|---|---|---|
|
|||||
Qondarma Dağlıq Qarabağ Respublikası himni | |||||
|
|||||
Paytaxt | Xankəndi | ||||
Rəsmi dilləri | |||||
Valyuta | Dağlıq Qarabağ dramı, Ermənistan dramı | ||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | respublika | ||||
Prezident | |||||
• 1994-1997 | Robert Köçəryan (ilk) | ||||
• 2023-2023 | Samvel Şahramanyan (son) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir.
28 sentyabr 2023-cü ildə qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır.