Qazıqurdalı
From Wikipedia, the free encyclopedia
Qazıqurdalı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bərdə rayonunun Qaradəmirçi kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qazıqurdalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1]
Qazıqurdalı | |
---|---|
40°21′ şm. e. 47°09′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 68 m |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Kəndin adı Şərqi Zəngəzurda məskunlaşmış Qaramanlı türk mənşəli Qazıqurdalı tayfasının adı ilə bağlıdır. Qaramanlı türk mənşəli Alaçadırlı və Qazıqurdalı tayfaları indiki Laçın rayonunun Qazıdərə bölgəsində yaylaqlayır, qışda Aranda- Bərdədə yataq salırdılar. Qazıqurdalı camaatının Bərdədə qalan hissəsi öncə Bərdənin indiki Alaçadırlı kəndi ilə üzbəüz oba salıblar. Daha sonra həmin camaat indiki məntəqəyə köçüb.