From Wikipedia, the free encyclopedia
Qoçəhmədli məscidi — Azərbaycanın Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən memarlıq abidəsi.
Qoçəhmədli məscidi | |
---|---|
39°32′18″ şm. e. 47°07′26″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşir | Qoçəhmədli, Füzuli |
Tikilmə tarixi | 1905-1906 |
Vəziyyəti | xarabalıqları qalıb |
Tipi | Mədəni |
İstinad nöm. | 4228 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscidin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən məscid Kərbəlayi Səfixan Qarabaği tərəfindən[1] 1905-1906-cı illərdə tikilib[2]. Məscid Qoçəhmədli kəndinin yuxarısında, Şükür bəyə məxsus malikanənin qarşısındakı dağətəyi düzənlikdə yerləşir. Giriş qapısının üzərindəki kitabədən məlum olur ki, Qoçəhmədli məscidi 1905-1906-cı illərdə tikilib. Ölçüsündə kiçik fərqlər olsa da, Qoçəhmədli məscidi zahiri və daxili memarlıq üslubuna, dizaynına görə Hacı Ələkbər məscidini xatırladır. Qoçəhmədli məscidinin ibadət zalında dörd səkkizguşəli daş sütun var. “Yayvari tağlar və günbəzlər, eyni ox üzərində yerləşdirilmiş yükdaşıyıcı divar səthindəki sütunlar Hacı Ələkbər məscidindəki ilə demək olar ki, eyni struktur elementləridir”[1].
Qoçəhmədli məscidi iki mərtəbədən ibarətdir. İkinci mərtəbədə qadınlar üçün nəzərdə tutulub[1].
Sovet işğalından sonra rəsmi şəkildə 1928-ci ildən dinlə mübarizəyə başlanılıb. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[3]
Bundan sonra məscid bağlanıb istifadəsiz qalıb.
Qoçəhmədli kəndi 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib[4].
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscidin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[5]
Kənd 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib[6]. Kənd işğalda olduğu dövr ərzində məscid qismən dağıdılıb və ermənilər tərəfindən tövlə kimi istifadə olunub[7].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.