Qoliya
From Wikipedia, the free encyclopedia
Qoliya (serb-kiril. Голија) ― Serbiyanın cənub-qərbində, İvanitsa və Novi-Pazar şəhərləri arasında yerləşən dağ. Qoliya Dinar dağ silsiləsinin bir hissəsidir. Dağ əhəmiyyətli biomüxtəlifliyə malik meşələr ilə örtülmüşdür. Dağda Serbiyada ilk UNESCO- MAB qeydiyyatından keçmiş biosfer qoruğu olan Qoliya-Studenitsa biosfer qoruğu yerləşir. Ərazi həm də bir neçə tarixi abidə və monastıra sahib kiçik xizək kurortudur. Dağın ən yüksək zirvəsi 1 833 metr hündürlüyündəki Jankov kamendir.
Cəld faktlar Ümumi məlumatlar, Mütləq hündürlüyü ...
Qoliya | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.833 m |
Yerləşməsi | |
43°20′16″ şm. e. 20°16′36″ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla