From Wikipedia, the free encyclopedia
Qradiyent doldurma, dərəcəli doldurma — (ing.gradient fill, ru.градиентная заливка) — kompüter qrafikasında: qrafik obyektin müəyyən (açar) nöqtələrinin rəngini və şəffaflığını verməklə qalan nöqtələrin rənginin və şəffaflığının riyazi alqoritmlər vasitəsilə onlara nəzərən hesablanmasından ibarət doldurma növü. Bu yolla başlanğıc və son nöqtələrin koordinatlarını verməklə bir rəngdən başqa bir rəngə axar keçidlər almaq olar. Dərəcəli doldurmanın əsas növləri bunlardır: xətti – açar nöqtələr bir düz xətt boyunca yerləşir; dairəvi – birinci açar nöqtəyə nəzərən konsentrik çevrələr qurulur ki, onların da rəngi qalan açar nöqtələrin yerləşməsindən asılı olur; künc – açar nöqtələr çevrə boyunca yerləşir; əksolunmuş – xəttiyə bənzəyir və iki hissədən (xətti qradiyentdən və onun güzgüdə xəyali əksindən) ibarət olur; almaz – almazı xatırladır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.