From Wikipedia, the free encyclopedia
Qriqori Zaxaroviç Yeliseyev (rus. Григо́рий Заха́рович Елисе́ев, 25 yanvar (6 fevral) 1821[2][3][…] – 18 (30) yanvar 1891[3][4], Sankt-Peterburq[3][5]) — Rusiya jurnalisti, publisisti.
O, "Sovremennik" jurnalında çalışmışdı. "Sovremennik" – 1836-66-cı illərdə Peterburqda işıq üzü görən ictimai-siyasi və ədəbi jurnal. 1843-cü ilə qədər ildə 4 dəfə, sonra isə hər ay çıxıb. Jurnalda şeir, nəsr, tənqidi məqalə, tarixi, etnoqrafik və s. dərc olunub.
Jurnalın təsisçisi A.S. Puşkin olub. İşləmək üçün cəlb olunanlar arasında Qoqol, Vyazemski, Odoevski və başqa imzalar olub. Puşkinin vəfatından sonra jurnal tənəzzülə uğradı, 1838-ci ildən onu nəşr edən P.A. Pletnyov 1847-ci ildə "Sovremennik"i N.A. Nekrasov və İ.İ. Panevə verdi.
Nekrasov "Sovremennik"ə Turgenev, Qonçarov, Qertsen və Oqaryovu cəlb etməyi bacardı. Ç. Dikkensin, J. Sandın və başqa Avropa yazıçılarının tərcümələri jurnalda yer aldı. 1847-48-ci illərdə rəsmi redaktor A.V. Nikitenko, ideoloji rəhbər V.Q. Belinski oldular.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.