Qulaq pərdəsi (lat. membrana tympani) — xarici qulaqla orta qulağın hüdudunu təşkil edir. Qulaq pərdəsinin kənarı xarici qulaq keçəcəyi dibində olan təbil şırımına lifli qığırdaq halqa - lat. anulus fibrocartilagineus vasitəsilə bağlanmışdır. Böyüklərdə qulaq pərdəsi dairə ya ellips şəklində olur; qalınlığı 0,1 mm və ölçüsü 11x9 mm-ə bərabərdir. Qulaq pərdəsinin mərkəzi qıf kimi orta qulağa doğru dartılmışdır və qulaq pərdəsi göbəyi - lat. umbo membranaetympani adlanır. Qulaq pərdəsinin xarici səthi qulaq keçəcəyi dərisinin epidermis qatı - lat. stratum curaneum, daxili səthi orta qulağın selikli qişası - lat. stratum mucosum ilə örtülüdür. Bu qişaların arasında lifli birləşdirici toxumadan təşkil olunmuş xüsusi səfhə - lat. lamina propria vardır. Bu səhfəni təşkil edən birləşdirici toxuma lifləri qulaq pərdəsinin çevrəsində şüa istiqamətdə (lat. stratum radiatum) və mərkəzində dirəvi surətdə (lat. stratum circularae) gedir. Qulaq pərdəsinin yuxarı hissəsi lifli toxumadan məhrumdur; burada o, yalnız selikli qişadan, epidermis qatından və bunların arasında olan boş hücrəli toxumadan təşkil olunmuşdur; buna görə qulaq pərdəsinin bu hissəsi az gərgindir və sallanmış hissə - lat. pars flaccida adlanır; yerdə qalan və çox gərgin olan hissəyə gərginləşmiş hissə - lat. pars tensa deyilir. Qulaq pərdəsinin vəziyyətinə gəldukdə o, həm üfüqi səthə və həm də orta səthə nisbətən bayıra və dala doğru açılmış 45° bucaq təşkil edir; xarici qulaq keçəcəyinin sanki dal-yuxarı divarının ardıdır.

Cəld faktlar Latınca, Sistem ...
Qulaq pərdəsi
Thumb
Sağ qulaq pərdəsi
(güzgüdə əksi, sxematik).
Thumb
Sol qulaq pərdəsi
(güzgüdə əksi).
Latınca membrana tympani
Sistem Duyğu-hissiyyat
Üzv Müvazinət-eşitmə
MeSH Tympanic+Membrane+Lydia
Dorlands/Elsevier Tympanic membrane
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.