Quru qoşunları
From Wikipedia, the free encyclopedia
Quru qoşunları — bir çox ölkələrdə hərbi dəniz qüvvələri və hərbi hava qüvvələri ilə yanaşı silahlı qüvvələrdə mövcud olan qoşun növü. Quru qoşunları çoxsaylı döyüş tərkibinə malik Silahlı Qüvvələr növüdür, böyük atəş və zərbə gücünə, yüksək manevrliliyə və müstəqil fəaliyyət göstərmək imkanına malikdir.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Bəzi ölkələrdə quru qüvvələr və ya ordu da adlanırlar.
Ənənvi olaraq piyada, süvari, mexaniki qoşun növlərindən, hərbi hissə, korpus və qoşun birliklərindən ibarət olur. Həmçinin özünün hərbi hava qüvvələrinə malik ola bilir.
Quru qoşunları istənilən ölkənin sayca ən çoxsaylı qoşun növüdür və hərbi münaqişələr (müharibələr) zamanı əsas yük onların üzərinə düşür.