Rəqs vəbası (1518)
Rəqs vəbası / From Wikipedia, the free encyclopedia
Rəqs vəbası (ing. Dancing plague of 1518) - 1518-ci ilin iyun ayında Müqəddəs Roma imperiyasının Elzas bölgəsinin Strasburq şəhərində baş vermiş müəmmalı hadisələrə verilmiş ümumi ad. Hadisə nəticəsində yüzlərlə şəhər sakini səbəbsiz şəkildə saatlarla, günlərlə dayanmadan rəqs etmiş və nəticədə bir çoxu yorğunluqdan və ürək problemləri səbəbindən ölmüşdür. Şəxslərin hansı səbəbdən rəqsə başladıqları və hadisələrə nələrin səbəb olduğu heç bir zaman müəyyənləşdirilməmişdir. Müasir Fransa ərazisində yerləşən Strasburq şəhərində baş vermiş hadisə nəticəsində azı 400 nəfər şəhər sakini dayanmadan rəqs etdiyi üçün sağlamlıqlarında yaranmış qəfil problemlər səbəbindən ölmüşdür.
Bu məqaləni vikiləşdirmək lazımdır. |