Radomısl qalası
Ukraynada muzey kompleksi / From Wikipedia, the free encyclopedia
"Radomısl qalası" tarixi-mədəni kompleksi (ukr. Історико-культурний комплекс «Замок Радомисль») — ukraynalı həkim, tibb elmləri doktoru Olqa Boqomolets tərəfindən Radomışl şəhərində (Ukrayna, Jitomir vilayəti) yaradılmış özəl muzey kompleksi. Buraya Avropada yeganə Ukrayna Ev İkonası Muzeyi daxildir. By, Olqa Boqomoletsin 1995-ci ildən topladığı şəxsi ikonalar kolleksiyasına əsaslanır. Kompleksin ekspozisiyaları və fondlarına həmçinin müqəddəs sənət kolleksiyaları və kilsə əşyaları, Ukrayna və Avropa qədim əşyaları daxildir. Kompleksin adında Radomışl şəhərinin XVI əsrin birinci yarısından başlayaraq yazılı mənbələrdə qeyd olunan köhnə adından istifadə olunur.
Cəld faktlar Ölkə, Yerləşir ...
Radomısl qalası | |
---|---|
Замок Радомисль | |
50°28′38″ şm. e. 29°12′59″ ş. u. | |
Ölkə | |
Yerləşir | Jitomir vilayəti |
Tikilmə tarixi | 30 sentyabr 2011 |
Rəsmi sayt | radozamok.com |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla