Raquza (müasir Dubrovnik, Xorvatiya) mühasirəsi ― 866-cı ildən ifriqiyəli ağlabidlər sülaləsi tərəfindən həyata keçirilən və 868-ci ildə Bizans donanması yaxınlaşdıqdan sonra uğursuzluqla başa çatan mühasirə. Bu hərbi əməliyyat 15 ay davam etmişdir. Mühasirənin özünü doğrutmaması və bizanslıların Dalmatiya bölgəsinə yenidən gəlməsi təzə Bizans imperatoru I Vasili tərəfindən yeni təcavüzkar Qərb siyasətinin başlanğıcına gətirib çıxartdı. Bunun bilavasitə nəticəsi, həmin ərazilərdə Bizans hökmranlığının Dalmatiya feması adı altında bərpası və qərbi Balkanlarda yaşayan slavyanların xristianlaşmasının başlanğıcı oldu, bundan əlavə hadisədən bir neçə il sonra Bizans Cənubi İtaliyada da öz mövqeyini bərkitdi və o, bölgəyə təsiri daha da artdı.
Cəld faktlar Tarix, Yeri ...
Raquzanın mühasirəsi |
---|
9-cu əsrin sonlarında Balkanların və Cənubi İtaliyanın siyasi xəritəsi |
Tarix |
866–868 |
Yeri |
Raquza, Dalmatiya |
Nəticəsi |
Xristianların qalibiyyəti, Raquzanın azad olunması |
Ərazi dəyişikliyi |
Dalmatiya üzərində Bizans nəzarətinin bərpası |
|
Nikita Oorifa
|
Bari əmiri Səudan tarentolu Səba bərbər Kalfun
|
|
naməlum (Raquza) 100 gəmir (Bizans)
|
36 gəmi
|
|
|
Bağla