Rok Sprinqs qırğını
From Wikipedia, the free encyclopedia
Rok Sprinqs qırğını (ing. Rock Springs massacre), Rock Springs qiyamı olaraq da bilinir (ing. Rock Springs Riot) — 2 sentyabr 1885-ci ildə Vayominq ərazisində yerləşən Amerikanın Rok Sprinqs şəhərciyində ağ immiqrant işçilər tərəfindən çinlilərin kütləvi öldürülməsi.[1] Qarşıdurmanın əsas səbəbləri irqi gərginliklər və «Union Pacific Coal Department»-nin Çin mədən işçilərinin ağ mühacirlərə nisbətən daha az maaş alması siyasətidir. Bu siyasətlə əlaqəli olaraq daha çox çinlilər işə götürüldü və bu da ağ işçilərin narazılığına və sonradan onların qiyamına səbəb oldu. İğtişaşlar zamanı ən azı 28 çinli mədənçi öldürüldü və 15 nəfər yaralandı. Üsyançılar 75 Çin evini yandırdılar və ümumi dəyəri 147.000 dollar olan maddi ziyana səbəb oldular[2][3][4].
Ağldərili və Çinli immiqrantlar arasında irqi düşmənçilik xüsusilə XIX əsrin sonlarında, xüsusilə Rock Springs hadisələrindən əvvəlki on ildə, ABŞ-nin qərbində özünü büruzə verdi. Rok Sprinqs qırğını ABŞ-də Çin əleyhinə düşüncələrin artması idi. 1882-ci il tarixli Çinlilərin təcrid aktı onların köçlərini on il müddətinə dayandırmasına baxmayaraq, qərardan əvvəl ABŞ-nin qərbinə gələn minlərlə çinli işçi var idi[4].
Vayominqdə yaşayan çinlilərin əksəriyyəti dəmir yolunda işləyirdi, lakin bəziləri "Union Pacific Railroad"-a məxsus kömür mədənlərində çalışırdı. Çinlilərin sayı artdıqca Çin əleyhinə olan fikirlərin sayı da artdı. 1883-cü ildə, Çin işçilərinin istifadəsinə qarşı çıxmaq üçün Rok Sprinqsdə "Əmək cəngavərləri" şöbəsi açıldı. 1885-ci ildə baş verən qiyamçıların çoxu bu təşkilatın üzvləri idi, lakin üsyanla "Əmək cəngavərləri" milli təşkilatı arasında birbaşa əlaqə qurulmamışdır[2].
Qiyamdan sonra federal qoşunlar şəhərciyə gətirildi. Əksəriyyəti qiyamdan bir həftə sonra Rock Sprinqsə qayıdaraq Evanston qaçan sağ qalan çinli işçiləri müşayiət etdilər. Rock Springs qırğını, xüsusilə Vaşinqton ərazisindəki Pyucet Saund rayonunda Çin əleyhinə etiraz dalğasına səbəb oldu.