Roma Respublikası (1849–1850)
1848–1849 / From Wikipedia, the free encyclopedia
Roma Respublikası (it. Repubblica Romana) — İtaliyada 9 fevral 1849-cu ildə elan edilmiş qısamüddətli dövlət. Papa IX Piyin Qaetaya getməsi səbəbindən Papa dövlətləri hökuməti müvəqqəti olaraq respublika hökuməti ilə əvəzlənmişdir. Respublikaya Karlo Armellini, Cüzeppe Madzini və Aurelio Saffi rəhbərlik etmişdir.[1]
Tarixi dövlət | |||||
Roma Respublikası | |||||
---|---|---|---|---|---|
|
|||||
İtaliya himni | |||||
|
|||||
Paytaxt | Roma | ||||
Rəsmi dilləri | |||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | parlamentli respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Əvvəlki hökumət dövründə vətəndaşların yalnız katolisizm və iudaizmə etiqad etməsinə icazə verilirdi. Respublikanın əldə edəcəyinə ümid etdiyi əsas yeniliklərdən biri onun konstitusiyasında təsbit edilmişdir. Onlar Papa IX Piy və onun xələflərinə Katolik kilsəsini idarə etmək hüququnu təmin edərək din azadlığını qorumaq istəyirdilər. Roma Respublikasının Konstitusiyası dünyada ilk dəfə öz konstitusiya qanununda ölüm cəzasını ləğv etmişdir.[2]
Fransa qoşunları tərəfindən sıxışdırılan Roma Respublikası 4 iyul 1849-cu ildə ləğv edilmişdir.[3]