Süd Yolu
From Wikipedia, the free encyclopedia
Süd yolu (lat. Via Lactea, ing. Milky Way), Ağ yol və ya Kəhkəşan — Günəş sisteminin də daxil olduğu qalaktika.[5][6][7]
məlumatlar | |
---|---|
Tipi | SBc (spiralvari qalaktika) |
Diametri | 100,000-120,000 işıq-ili: (30-37 kpc) |
Qalınlığı | 1,000 işıq-ili |
2-ölçülü həcmi | ~7.85 trilyon kvadrat işıq-ili |
Ehtiva etdiyi ulduzların sayı | 300±100 milyard [1][2] |
Ən yaşlı ulduz | 13.2 milyard il[3] |
Çəkisi | 1.0-1.5×1012 M☉ (2-3×1042 kq) |
Günəşin qalaktika mərkəzindən məsafəsi | 27,200 ± 1,100 işıq-ili |
Günəşin qalaktika mərkəzi ətrafında fırlanma müddəti | 250 milyon işıq-ili (negative rotation)[4] |
Bax həmçinin: qalaktika, qalaktikaların siyahısı | |
|
Hələ ən qədim zamanlardan, insanları aydın və Aysız gecə göyündə şimaldan cənuba doğru uzanan işıqlı bir zolağın möcüzəli görünüşü həmişə maraqlandırmışdır. Səmanın başqa hissələrindən fərqlənən və nisbətən möcüzəli görünən bu işıqlı zolağı insanlar öyrənməyə çalışmışlar. Aydın məsələdir ki, adi gözlə bunu öyrənib müəyyən fikir söyləmək o qədər də asan olmamışdır.
Teleskoplar icad olunduqdan sonra şimaldan cənuba doğru yönəlmiş həmin ağ zolağın Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların şüalanmasının yaratdığı fon olduğu məlum oldu. Buna Ağ yol, Süd yolu, müsəlman aləmində isə Məkkə yolu, anadolu türkləri isə Samanyolu adını verdilər. Bu işıqlı zolağa Məkkə yolu adının verilməsinin özünəməxsus tarixi vardır. Hələ kompas kəşf olunmamışdan qabaq, insanlar cəhətləri müəyyən ulduzlara və səma cisimlərinin vəziyyətinə görə təyin edirdilər. Ağ Yol isə dünyanın şimal qütbündən cənub qütbünə doğru yönəldiyindən, insanlar gecə vaxtı yolu azmasınlar deyə həmin istiqaməti tutub müqəddəs həcc ziyarətinə gedərmişlər. Məkkə Yolu ifadəsi bu anlamın nəticəsində yaranmışdır. Bu həm də Məkkəni göstərən yol anlamına gəlir.[8]
Buludsuz gecələrdə görünür. Süd Yolun müxtəlif hissələrində onun forması, eni və parlaqlığı müxtəlifdir. Onu teleskopla ilk dəfə Qalileo Qaliley müşahidə etmişdir. Süd Yolu Qu bürcündə iki qola ayrılır və Cənub Xaçı bürcündə birləşir. Şimal qütbü Veronikanın Saçları bürcündədir.
Bizim Qalaktika dedikdə Günəş sisteminin də daxil olduğu ulduz sistemi nəzərdə tutulur. Bu ulduz sisteminə təxminən 200 milyard ulduz daxildir. Qalaktika anlayışına birlikdə aydınlıq gətirməyə çalışaq. Gəlin belə hesab edək ki, biz işıq sürəti ilə hərəkət edə bilən bir xəyali kosmik gəmidəyik və lüminafordan ulduzlararası mühitin əsrarəngiz mənzərəsini seyr etmək imkanımız vardır. Tutaq ki, biz səyahətimizə Günəş sistemindən başlamışıq və qeyd etmək lazımdır ki, əslində, bizim başqa imkanımız da yoxdur. Müəyyən müddətdən sonra Günəş bizim üçün digər ulduzlar kimi qaranlıq fonda zəif işıq saçan işıqlı nöqtəyə çevriləcəkdir. Panoramda bizim görüş sahəmizə gah bu, gah da başqa bir ulduz düşəcəkdir. Beləcə biz Qalaktikanın hüdudları daxilində səyahət etmiş olacağıq.
Əvəllər belə hesab edirdilər ki, bu xəyali uçuş zamanı ulduzlar heç zaman tükənməyəcəkdir. İndi biz bilirik ki, belə səyahət sonda bizi öz məxsusi ulduz sistemimiz olan Qalaktikamızın sərhəddinə gətirməlidir.
Biz Kainat haqqında bilgilərimizi cəmləşdirsək deyə bilərik ki, ulduzlar nəhəng ulduz adalarında- qalaktikalarda konsentrasiya olunurlar. Qalaktikaların kütlələri təxminən bir milyondan milyardlarla Günəş kütləsi tərtibində dəyişir. Bizim Qalaktika təxminən 200 milyard ulduzun təşkil etdiyi sistemdir. Qalaktika — qravitasiya cazibə qüvvəsi ilə bir-birinə bağlı olan nəhəng ulduz sistemidir.
Fiziki cəhətdən mövcud olan nə varsa hamısının məcmuusu Kainat adlanır. Bu məcmuu özündə zamanın, məkanın və materiyanın bütün formalarını nəzərdə tutur. Kainatın müasir texniki vasitələrin köməkliyi ilə müşahidə oluna bilən böyük bir hissəsini Metaqalaktika adlandırırlar.
Xoşbəxtlikdən qalaktikalararası mühit işıq üçün şəffafdır. Bu bizə, milyardlarla uzaq qalaktikaları müşahidə etmək imkanı yaradır. Doğrudur bu qalaktikaların əksəriyyətinin böyük teleskoplarda çəkilmiş şəkilləri dumanlı ləkə kimi görünür. Kainatın qalaktikalardan ibarət olması fikrinə alimlər çox da asan gəlməmişlər.
Gündəlik həyatda bizi əhatə edən nə varsa hamısı haqqında bizim çox yaxşı informasiyamız vardır: öz ailəmiz, binada yaşayan qonşularımız haqqında və s.. Astronomiyada isə hər şey tərsinədir: bəzən belə olur ki, insanların uzaq qalaktikalar haqqında daha çox məlumatları olur, nəin ki, öz yaxın ətraflarında yerləşən yerləşən səma cismləri haqqında. Maraqlıdır, bu nə üçün belə olur?
İlk baxışdan parlaq görünən ulduzların bizim ən yaxın qonşularımız olması təsüratı yaranır. Əslindı isə ən parlaq grünən ulduzlar çox uzaqda yerləşən güclü işıqlanma mənbələri də ola bilərlər. Onların fonun da zəif və kiçik ulduzlar görünməyə də bilərlər. Bu cür ulduzlar daha çoxdur, onları müşahidə etmək üçün böyük teleskoplardan, xüsusi müşahidə üsullarından və çox həssas işıq qəbuledicilərindən istifadə etmək lazımdır.
Günəş sistemi nəhəng bir ulduz sisteminin -Qalaktikanın daxilində yerləşir. Bizim Qalaktikaya müxtəlif müxtəlif işıqlığa, kütləyə və rəngə malik təxminən 200 milyard ulduz daxildir. Hələ qədim zamanlardan, aydın və Aysız gecə göyündə şimaldan cənuba doğru uzanan işıqlı ağ zolağın əsrarəngiz görünüşü insanların diqqətini cəlb etmişdir. Səmanın başqa hissələrindən fərqlənən və möcüzəli görünən və nizbətən mücüzəli görünən bu işıqlı zolağı insanlar öyrənməyə çalışmışlar. Aydın məzələdir ki, adi gözlə bunu öyrənmək o qədər də asan olmamışdır.
Qədim yunanlar bu işıqlı zolağı Süd yolu, "gaxies" adını vermişlər. Azərbaycanda buna Ağ yol, Süd yolu, Məkkə yolu adlandırmışlar. Türk qardaşlarımız Samanyolu, ingilislər "Milky Way" və ruslar "Mleçnıy put" adlandırırlar. İndi bütün dünyada qəbul olunmuş və astronomiya elmində əsas termin kimi işlədilən qalaktika ifadəsi də həmin "gaxies" sözündən götürülmüşdür.[9][10][11]
Bizim Qalaktikanı digərlərindən fərqləndirmək üçün onu böyük hərflə yazırlar. İnsanların Dünyası uzun müddət təkcə bizim Qalaktikadan ibarət olmuşdur. Bizim Qalaktikamız xarici görüüşünə görə iki ağız-ağıza qoyulmuş uzunsov boşqaba bənzəyir. Morfoloji təsnifata görə Sb spektral quruluşuna malikdir. Onun böyük diametri 100000 işıq ili (Bir işıq ili -işığın 300000 km/san sürətlə bir ildə qətt etdiyi məsafədir.) və ya 30 Kpk, kiçik diametrinin isə 20000 işıq ili (6 Kpk) olduğu məlum oldu.
İtalyan alimi Qalileo Qaliley tərəfindən 1610-cu ildə 10 santimetrlik teleskop kəşf edildikdən (bu yəqin ki, təkrar kəşf idi) sonra Ağ Yolun möcüzəli görünüşünə aydınlıq gətirmək mümkün oldu. Qaliley, teleskopda Ağ Yolun çoxlu sayda zəif ulduzların yaratdığı fon olduğunu müəyyənləşdirdi.[12] Bu ulduzlar bizdən çox uzaq məsafədə yerləşdiklərindən belə zəif görünürlər. Günəş özü də bizə ən yaxın olan bir ulduzdur. Əgər Günəş də həmin məsafədə yerləşsəydi onlar kimi zəif görünərdi. Bizim Qalaktikanın ayrıca bir ulduz sitemi olması, xeyli sonralar aşkar edildi. Səma cisimlərinin əsas xüsusiyyətlərindən biri də, onların birləşərək sistem əmələ gətirmələridir. Səthində yaşadığımız Yer və onun təbii peyki olan Ay iki cismdən barət bir sistem təşkil edirlər. Yupiter planeti özünün 63 peyki, Saturn özünün 42 peyki ilə birlikdə daha böyük sayda səma cismindən ibarət sistem əmələ gətirirlər. Onda maraqlı bir sual ortaya çıxır, başqa ulduzlarda birləşərək ayrıca ulduz sistemləri əmələ gətirə bilərlərmi?
Qravitasiya cazibə qüvvəsi ilə bir-birinə bağlı olna ayrıca ulduz sistemlərini qalaktikalar adlandırırlar. Bizim Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların yaratdığı işıqlı zolağı Ağ Yol adlandırırlar. Bu Ağ yola teleskopla baxdıqda onun çoxlu sayda ulduzların yaratdığı fon olması məlum olur.