Süd məhsulları
From Wikipedia, the free encyclopedia
Süd məhsulları, ağartı və ya ağarantı[1] — məməlilərin südündən hazırlanan qida növü. Əsasən inək, su camışı, ev keçisi, qoyun və dəvə südündən əldə edilir. Süd məhsullarına yoğurt, pendir və kərə yağı kimi qidalar daxildir.[2][3] Süd məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat sahəsi südçülük adlanır.[4] Əksər Şərqi və Cənub-şərqi Asiya ölkələri, həmçinin Mərkəzi Afrikanın bəzi əraziləri istisna olmaqla, süd məhsulları bütün dünyada istehlak olunur.[5] Hər bir süd məhsulunun saxlanma müddəti var; məsələn, südü 20 saat, xamanı 72, kəsmiyi 36 saat, kərə yağını 10 gün saxlamaq olar.[mənbə göstərin]