From Wikipedia, the free encyclopedia
Sallaq tuyevik (lat. Thujopsis dolabrata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuyevik cinsinə aid bitki növü.
Sallaq tuyevik | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Gymnosperms Şöbə: Pinophyta Sinif: Yarımsinif: Cupressidae Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Sallaq tuyevik |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Vətəni Yaponiyadır; mədəni şəraitdə çox vaxt kol formasında becərilir. Piramidal formalı çətirli və topabudaqlı ağacdır. Vətənində əlverişli şəraitdə hündürlüyü 35-40 m-ə, diametri isə 1 m-ə çatır. Qabığı qırmızı-qonur, nazik, lifli olmaqla, uzun qabıqlarla çıxır. Zoğları iki cərgəlidir və bir sahədə yerləşir. Budaqlarının ucları aşağıya sallanır. İynəyarpaqları xaçvarı-qarşılıqlı, qabıqşəkilli, alt tərəfi iri, ağ zolaqlı və xallıdır. Sahədə iynəyarpaqları ətli, parlaq, tünd-yaşıl, zoğa sıx bitişikdir, uzunluğu 4–6 mm, alt tərəfi 2, enli ağ zolaqlıdır. Erkəkcik sünbülcükləri (tozcuqları) tək-tək və ya topa şəklində yarpaq qoltuğunda və ya cavan zoğun ucunda əmələ gəlir. Dişi qozaları (sünbülləri) yumurtavarıdır, 8-10 ədəddir, qalın qabıqlıdır. Qozaları yumru, oduncaqlıdır, uzunluğu 12–18 mm olmaqla, zoğların uclarında yerləşir. Toxumları oval, uzunluğu 5 mm, qatranlı vəzicik, 2 ensiz qanadlıdır. Kölgəyədavamlıdır, düz düşən günəş şüalarından qorunmalıdır. Günəşli yerlərdə zəif böyüyür, çətiri seyrək olur. Soyuğadavamlı, torpağa tələbkar deyil. Dekorativ bitki kimi geniş yayılmışdır. Azərbaycanda Abşeron, Lənkəran, Gəncə və s. rayonlarda bağ və parklarda kol kimi əkilir. Toxumlarla, qış qələmləri ilə və tuyaya calaq olunmaqla çoxalır. Oduncağı çox möhkəmdir və körpülərin, gəmilərin tikintisində istifadə edilir.
Bu növ 1853-cü ildən mədəni şəraitdə becərilir. Aşağıdakı bağ formaları vardır:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.