From Wikipedia, the free encyclopedia
Salnaməçi (Osmanlıca: Vak'a-Nüvis) Osmanlı İmperiyası dövründə səltənətin tarixi hadisələrini qeyd etmək üçün təyin edilmiş xüsusi insanlara verilən addır.
Bu məqalə qaralama halındadır. |
Salnaməçi bir dövlət məmurudur. Hər ilin sonunda onlar sarayda həmin il vəfat etmiş vacib insanların tərcümeyi-hallarını verməyə məcbur idilər. Osmanlıların öz tarixlərinin qeydinə göstərdiyi həssas qayğı nəticəsində, Osmanlı tarixi salnaməçilər tərəfindən təfərrüatlı şəkildə qorunub saxlanılmışdır.
Osmanlı tarixi haqqında məlumatların ən əhəmiyyətli hissəsi salnaməçilər vasitəsilə bu günümüzə qədər gəlib çatmışdır. Möhtəşəm Süleymanın hakimiyyəti dövründə rəsmi bir qurum olmuşdur. Divan-ı Hümayundan gələn ilk rəsmi salnaməçi Hələbdən olan Mustafa Naima, sonuncusu Əbdürrəhman Şərəf Əfəndidir və Osmanlı imperiyası tərəfindən yetişdirmiş ən böyük salnaməçi Əhməd Cövdət paşa sayılır. XVII əsrdə yaşayan Övliya Çələbi, Katib Çələbi və Hələbdən olan Mustafa Naima da ilk tanınan salnaməçilərdəndir. Naima tarixi, Keşfüz Zunun, Miratül Memalik dövrün ən əhəmiyyətli əsərləridir. Bundan əlavə, Fatih Sultan Məhəmməd dövrünün məşhur salnaməçisi Tursun bəy idi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.