Serbiya Dəmir Yolları
From Wikipedia, the free encyclopedia
«Serbiya Dəmir Yolları» (serb. Железнице Србије) — Serbiyada dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşıyan yeganə dəmiryolu daşıyıcısı olan dövlət şirkəti.
Serbiya Dəmir Yolları | |
---|---|
Ölkə: | |
Tipi: | Qapalı Səhmdar Cəmiyyəti |
Qərargahı: | Belqrad |
Təsis etmə tarixi: | 1881 |
Veb-saytı: | zeleznicesrbije.com |
Serbiya Dəmir Yolları şirkətinin balansında 4347 kilometrlik Avropa rels standartına uyğun olan dəmir yolu vardır. Yolların 32 % elektrikləşdirilmişdir.
Serbiya dəmir yollarının tarixi 1881-ci ilə aiddir. Bu zaman Serbiya kralı Milan IV Obrenoviç Serbiya Dəmir yollarının təşkili barəsində fərman imzalamışdır. İlk qatarın, 23 avqust 1884-cü ildə Belqraddan Nişə göndərilməsi şirkətin rəsmi təsis tarixi hesab edilir.
1920-ci illərdən Yuqoslaviyanın süqutuna qədər «Yuqoslaviya dəmir yolları» adı ilə fəaliyyət göstərmişdir. Şirkətin hazır ki, rəhbəri Draqolyub Simonoviçdir[1] Dəmir yollarının elektrikləşdirilməsinə 1970-ci ildə başlanılmışdır.