Seyid Mirbabayevin sarayı
From Wikipedia, the free encyclopedia
Seyid Mirbabayevin sarayı – Bakı şəhərində, Azneft meydanında, Niyazi küçəsi 1 üçvanında yerləşən və vaxtilə Azərbaycanın neft milyonçularından biri olmuş xanəndə Seyid Mirbabayevə məxsus olmuş saraydır. Bina Fransız intibah memarlığı üslubunda memar Paul Şternin layihəsi əsasında inşa edilmişdir. Fasadın zəngin plastikası, memarlıq detallarının forması, daşın işlənməsinin fərdi xüsusiyyətə malik olması, mükəmməl səbiyyəyə çatdırılmış tikinti mədəniyyəti binanın obrazında vacib estetik mühiti formalaşdırmışdır. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.
Cəld faktlar Ölkə, Şəhər ...
Seyid Mirbabayevin sarayı | |
---|---|
40°19′ şm. e. 49°52′ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı Bakı |
Yerləşir | Azneft meydanı, Niyazi küçəsi, 1 |
Aidiyyatı | SOCAR |
Memar | Paul Fridrix Stern |
Tikilmə tarixi | 1893—1895 |
Üslubu | Fransız intibah memarlığı |
Vəziyyəti | stabil |
Rəsmi sayt | azhistorymuseum.az |
İstinad nöm. | 152 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla