From Wikipedia, the free encyclopedia
Seyidnafe Seyidvəliyev (d. 29 may 1919 — ö. 13 mart 1983) — Sovet İttifaqı Qəhrəmanı və İkinci Dünya müharibəsi zamanı Qırmızı Ordunun hərbçisi. Çox sayda düşmən tankını məhv etməsinə, müharibə veteranı və Sovet İttifaqı Qəhrəmanı elan edilməsinə baxmayaraq, Krım tatarı olduğuna görə 1946-cı ildə Mərkəzi Asiyaya sürgün edilmişdir.[1]
Seyidnafe Seyidvəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tav-Qıpçak, Krım, Rusiya imperiyası |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Leninabad, Tacikistan SSR, Sovet İttifaqı |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | Krım tatarı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Qırmızı Ordu |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə | 350-ci atıvı alay |
Xidmət illəri | 1939-1946 |
Rütbəsi | Baş çavuş |
Döyüşlər | II Dünya müharibəsi |
Təltifləri | Sovet İttifaqı Qəhrəmanı |
Seyidvəliyev 29 may 1919-cu ildə Krımın Tav-Qıpçak kəndində Krım tatarı olan ailədə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra kollektiv təsərrüfatda işləməyə başlamış və 1939-cu ildə orduya çağırılmışdır. O, Odessa hərbi bölgəsində xidmətə başlamışdır.[1]
Qırmızı Orduya qatıldıqdan sonra Seyidvəliyev kiçik komandirlər məktəbinə qatılmış və Sovet İttifaqına alman hücumu başladıqdan sonra dərhal döyüşlərə göndərilmişdir. Müharibənin əvvəlində o, kürç ətrafındakı döyüşlərdə iştirak etmişdir. Habelə, o, Sevastapol, Odessa, Stalinqrad, Kursk, Bryansk, Qomel, Polşa, Prussiya və Baltik döyüşlərində də iştirak etmişdir.[2]
1942-ci ildə Stalinqrad uğrunda olan döyüşlərdə yaralanmış və iki ay xəstəxanada müalicə almışdır. 25 iyun 1944-cü ildə Belarusun işğal edilmiş Qomel regionu uğrunda baş tutmuş döyüşlərdə fərqlənmişdir. Alman əks-hücumlarının dəf edilməsində və müdafiə xəttinin yarılmasında xüsusilə seçilən Seyidvəliyev almanların iki tankı ilə yanaşı, onlarla atəş nöqtəsini də məhv etməyi bacarmışdır. Onun alayı Minsk bölgəsinə göndərilən zaman 40 alman tankı üzərinə hücuma keçilmiş və bir həftə boyunca davam edən döyüşlərdə Seyidvəliyev 15 tankı məhv etmişdir. Belarusdakı bu fəaliyyətinə görə "Qırmızı Bayraq" ordeninə layiq görülmüş və Sovet İttifaqı Qəhrəmanı adına namizəd göstərildi. Onun bu namizədliyi 1944-cü ilin may ayında Krım tatarlarının deportasiyası ilə təxminən eyni vaxta düşmüşdü. Onun namizədlik vərəqəsində milliyyəti Krım tatarı əvəzinə sadəcə tatar olaraq göstərilmişdi. Buna görə də, 25 sentyabr 1944-cü ildə o, Ali Sovetin qərarı ilə Sovet İttifaqı Qəhrəmanı elan edildi. O, bunu öyrənən zaman Polşanın Ostrela bölgəsi uğrunda döyüşlərdə iştirak edirdi. O, Şərqi Avropa uğrunda olan döyüşlərdə iştirak etməyi davam etdirdi və 1945-ci ilin qışında Şərqi Prussiyaya çatdı. Bundan sonra Baltik dənizi sahillərinə çatdı və 1946-cı ildə ordudan tərxis edildi.[2]
1946-cı ildə tərxis edildikdən sonra Sovet İttifaqı Qəhrəmanı olmasına və böyük nüfuza malik olmasına baxmayaraq, sadəcə Krım tatarı odluğuna görə Mərkəzi Asiyaya sürgün edildi. Tacikistana gətirilən Seyidvəliyev burada şüşə fabrikasında çalışmış və müəllimlik etmişdir. Tacikistanın Leninabad şəhərində 1983-cü ilin 13 martında vəfat edən Seyidvəliyev Krım tatarlarının öz vətənlərinə geri qayıtma haqqının verilməsini görə bilmədi. Sürgündə olarkən Krım tatarlarının hüquqlarının bərpası uğrunda olan hərəkatın iştirakçısı olmuşdur.[3][4][5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.